Nil ölümdən qaçan 150 adama məzar oldu
Bizi izləyin

Dünya

Nil ölümdən qaçan 150 adama məzar oldu

Nil ölümdən qaçan 150 adama məzar oldu

Cənubi Sudanın Yuxarı Nil əyalətinin paytaxtı Malakaldakı qarşıdurmalardan qaçmağa çalışan 150 adam Nil çayında boğularaq ölüb.

“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yuxarı Nil əyalətinin İnformasiya naziri Filip Cebin açıqlama verərək bildirib ki, təxminən 150 adam gəmilərə minib Malakalda hökumət qüvvələri ilə Respublika başçısı Salva Kiir Mayarditin köməkçisi Rik Maçarın başçılıq etdiyi üsyançılar arasında yaşanan qarşıdurmalardan Nil çayını keçərək qaçmağa çalışıb.

Üsyançıların atəş açması nəticəsində gəmilərdən suya tullanan 150 adamın çay sularında boğulduğunu bildirən nazir Cebin bu ölümlərin çərşənbə axşamı və çərşənbə günlərində üsyançıların qaçmağa çalışanlara atəş açaraq onları gəmilərdən tullanmağa məcbur etməsi nəticəsində yaşandığını qeyd edib. Qeyd edək ki, oxşar hadisə bu ilin 14 yanvarında da yaşanmışdı. O vaxt qarşıdurmalardan qaçmağa çalışan 200 adam Nildə boğulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm