• USD 1,8559 +1,34% EUR 1,9957 +1,49%
    • GBP 2,3210 +2,08% RUB 0,0312 +1,60%

Moskvada Bataqlığa görə 200-ə yaxın nəfər tutuldu

  • Dünya
  • 21 Fevral 2014 17:40
  • 328 Baxış
Moskvada Bataqlığa görə 200-ə yaxın nəfər tutuldu

Moskvanın Zamoskvoretsk məhkəməsinin binası yanında ictimai asayişi pozmağa cəhd etməyə görə təqribən 200 nəfər saxlanılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Zamoskvoretsk məhkəməsi bu gün "bataqlıq işi" üzrə müttəhimləri iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirkar bilib.

Hökmün oxunuşu fevralın 24-də davam edəcək.

Qeyd edək ki, 2012-ci ilin mayında Yakimanka rayonunda hakimiyyətlə razılaşdırılmış yürüş və Bataqlıq meydanında nümayiş polislə toqquşmalarla nəticələnmişdi. Onlarla insan xəsarət almış, 400-dən çox insan isə saxlanılmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR