Mağazadan 128 min dollarlıq palto oğurlandı
Bizi izləyin

Dünya

Mağazadan 128 min dollarlıq palto oğurlandı

Mağazadan 128 min dollarlıq palto oğurlandı

Honqkonqda məşhur Burberri mağazasından timsah dərisindən hazırlanmış və qiyməti 128 min dollar olan palto oğurlanıb.

“Axar.az”ın rus mətbuatına istinadən verdiyi məlumata görə, hadisə fevralın 19-da axşam saatlarında baş verib. Kamera görüntülərinə baxış keçirərkən naməlum şəxsin mağazaya daxil olaraq manekenin əynindən paltonu soyundurduğu və sərbəst şəkildə ordan uzaqlaşdığı məlum olub.Mağazanın işçiləri isə paltonun oğurlandığını hadisədən bir neçə saat sonra, malları yoxlayarkən xəbər tutublar.

Oğurlanan palto mağazaya hadisədən bir neçə saat əvvəl gətirilib, oğrulardan qorumaq üçün ona etiket vurulmayıb. Buna görə də oğru öz işini cəmi 1 dəqiqəyə görüb.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm