Yuliya Timoşenko həbsdən azad edildi
Bizi izləyin

Dünya

Yuliya Timoşenko həbsdən azad edildi

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbsdən azad edilib.

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbsdən azad edilib.

Korrespondent.net saytı bildirir ki, Ali Rada sabiq baş nazirin ittiham olunduğu maddəni Cinayət Məcəlləsindən çıxarıb.

Xatırladaq ki, Y.Timoşenko 2011-ci ilin oktyabrında 7 il həbs cəzasına məhkum edilmişdi. O, 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalanarkən səlahiyyət həddini aşmaqda ittiham olunurdu. Sabiq baş nazir 2011-ci ilin dekabrından bəri Xarkovdakı Kaçanovsk kolonunda cəza çəkirdi. Həmin ilin mayında Timoşenkonun səhhətində problem yarandığından o, Xarkovdakı “Укрзалізниці” xəstəxanasında müalicə olunurdu.

Ukrayna parlamenti bu gün həmçinin Vitali Zaxarçenkonu Daxili İşlər naziri vəzifəsindən azad edib. Virtualaz.org saytının "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qətnamənin qəbulu üçün 332 deputat səs verib. Zaxarçenko vəzifəsindən müxalifətin tələbi ilə kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm