Kiyevdə xəsarət alanların sayı 589-a çatıb, 80 ölü var
Bizi izləyin

Dünya

Kiyevdə xəsarət alanların sayı 589-a çatıb, 80 ölü var

Kiyevdə kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 589 nəfərə çatıb.

Kiyevdə kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 589 nəfərə çatıb.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatında deyilir: "Fevralın 18-dən paytaxtın səhiyyə müəssisələri və təcili tibbi yardım briqadalarına 589 yaralı müraciət edib, onlardan 379-u xəstəxanalara yerləşdirilib".

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm