• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukraynalı qızın dünyaya müraciəti rekord qırır - VİDEO

  • Dünya
  • 22 Fevral 2014 10:27
  • 743 Baxış
Ukraynalı qızın dünyaya müraciəti rekord qırır - VİDEO

Kiyevdəki vəziyyət indi bütün dünya gündəmini zəbt edib. İnsanların güllələnməsinə biganə qala bilməyənlərin sayı artır. Bununla əlaqədar internet portallarında da çoxlu sayda videomüraciətlər yerləşdirilir.



Anspress-in təqdim etdiyi “Mən ukraynalıyam” (I am ukrainian) adlanan bu videoda ukraynalı gənc bir qız “Maydan”dan dünya ictimaiyyətinə müraciət edir. “YouTube” portalında yerləşdirilən bu müraciətə 10 gün ərzində 6 milyona yaxın tamaşaçı baxıb. Həmin videodakı müraciətin tərcüməsini sizə təqdim edirik.



“Mən ukraynalıyam. Kiyevdənəm. Hazırda mən Kiyevin mərkəzi hissəsi olan Maydandayam. Mən istəyirəm ki, siz biləsiniz niyə minlərlə insan küçələrdədir. Bunun sadəcə bir səbəbi var. Biz diktatorluqdan azad olmaq istəyirik. Hansı ki, öz pullarını, hakimiyyətini, evlərini qorumaq üçün insanları güllələməyə, döyməyə, əzməyə hazırdır. Mən istəyirəm ki, burada olan cəsur insanların normal həyatı olsun. Biz sivil insanlarıq. Biz azad olmaq istəyirik. Bizim dövlətimiz sovetlər birliyi deyil. Mən bilirəm ki, bəlkə, sabah bizim nə telefonumuz, nə də internetimiz olacaq. Biz burada tək qalacağıq. Bəlkə də polislər bizi bir-bir öldürəcəklər. Ona görə də mən sizdən bizə kömək etməyi xahiş edirəm. Siz hətta bu videonu paylaşmaqla, dostlarınıza danışmaqla bizə kömək edə bilərsiniz. Bununla da bizə dəstək olduğunuzu göstərə bilərsiniz”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR