Türkiyədə hərbi xidmətə çağırış yaşı artırıldı
Bizi izləyin

Dünya

Türkiyədə hərbi xidmətə çağırış yaşı artırıldı

Türkiyə Prezidenti Abdullah Gül "Hərbi xidmət haqqında" qanuna dəyişiklikləri təsdiq edib.Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 20-dən 21-ə yüksəldilir.

Həmçinin, məzuniyyət müddəti uzunmüddətli (12 aylıq) hərbi xidmətdə olan əsgərlər üçün 90 gündən 30 günə, qısamüddətli (6 aylıq) hərbi xidmətdə olanlar üçün isə 45 gündən 15 günə endirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm