Ukraynanın daxili işlər naziri Belarusa qaçdı
Bizi izləyin

Dünya

Ukraynanın daxili işlər naziri Belarusa qaçdı

Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko Belarusa qaçıb. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Feysbukda müxalifət fəalı Tatyana Mokridi yazıb. “İndicə Zaxarçenko Ukrayna-Belarus sərhədini keçdi!!!”, - müxalifət fəalı qeyd edib.

Vitali Zaxarçenkonun ölkədən qaçmağa hazırlaşdığını parlamentin “Batkivşina” fraksiyasından olan deputatı Andrey Parubi də bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm