Ukraynanın hakim partiyasının fəaliyyətinin qadağan olunması tələb edilir
Bizi izləyin

Dünya

Ukraynanın hakim partiyasının fəaliyyətinin qadağan olunması tələb edilir

Kiyevin Müstəqillik Meydanında əsas hərəkatlardan biri olan "Sağ sektor"un lideri Dmitri Yaroş ölkədə Regionlar Partiyasının və Kommunist Partiyasının fəaliyyətinin istənilən mümkün metodlarla dayandırılmasına çağırıb. Trend-in məlumatına görə, bu barədə RBK xəbər yayıb.

Dmitri Yaroş özünün Feysbuk səhifəsində yazır: "Bir neçə il ərzində vicdanlarında Ukrayna xalqının çoysaylı bədbəxtliklərin yatmış olduğu iki xalq əleyhinə, Ukrayna əleyhinə qüvvə hakimiyyətdə olub. Söhbət Regionlar Partiyasından və Ukrayna Kommunist Partiyasından gedir".

Müxalifət lideri dünən Maydandan Viktor Yanikoviçi dərhal prezidentlikdən istefa verməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm