Ərdoğanın gizli dinlənilməsində Amerika izi tapıldı
Bizi izləyin

Dünya

Ərdoğanın gizli dinlənilməsində Amerika izi tapıldı

“Milliyet” qəzeti dinləmə qurğuları yerləşdirən polislərdən birinin şirkət qurduğunu yazıb.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın bir qrup millət vəkili ilə görüşündə adlarının açıqladığı və rəsmi iqamətgahında dinləmə qurğuları yerləşdirdiyinə görə ittiham etdiyi polislərlə əlaqədar maraqlı faktlar üzə çıxıb.

Publika.Az –ın verdiyi xəbərə görə, “Milliyet” qəzeti dinləmə qurğuları yerləşdirən polislərdən birinin şirkət qurduğunu yazıb.

Qeyd edək ki, Türkiyə baş naziri Ankaranın Keçiören mahalında yerləşən evindəki iş otağına böcəkləri-dinləmə qurğularını yerləşdirənlərin xaricə qaçdığını bildirib. İki polisin adını çəkən Ərdoğan onlarla bağlı istintaqın davam etdiyini qeyd edib.

Şübhəli olaraq adı çəkilən polis rəislərindən biri A.T. ABŞ-da tibb təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Baş Nazirlik Mühafizə İdarəsində vəzifəyə təyin olunub. Kamera quraşdırılması və digital texnologiya sahəsində mütəxəssis olduğu deyilən A.T. bir müddət əvvəl polis təşkilatından istefa verib. Aparılan araşdırmalardan sonra onun kamera sistemlərinin quraşdırılması üzrə tenderlərə qatılan şirkətin “gizli” sahibi olduğu məlum olub. Şirkətlə bağlı aparılan araşdırmalar da A.T.-nin şirkətdə əsas söz sahibi olduğunu müəyyənləşdirib. Həmin şirkətin bir müddət əvvəl Baş Nazirlik tərəfindən digital kamera sisteminin alınması ilə bağlı elan edilən tenderə qatıldığı, amma qalib gəlmədiyi bildirilir.

Aparılan apaşdırmalar nəticəsində polis rəisi A.T.-nin ona yaxın olan və eyni zamanda Baş Nazirlik Mühafizə İdarəsində çalışan polis məmuruna sözügedən şirkətdə vəzifə verdiyi müəyyənləşdirilib. A.T.-nin yaxını olan və Baş Nazirlik Mühafizə İdarəsində çalışan polis məmuru S.D.-nin rəsmi şəkildə xaricdə səfərdə olduğu ortaya çıxıb. İntintaq sənədində adı keçeən S.D.-nın da A. T. kimi digital sistemlər üzrə mütəxəssis olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm