Ukrayna parlamentinə yeni sədr seçildi -YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ukrayna parlamentinə yeni sədr seçildi -YENİLƏNDİ

Ukraynanın parlamentinin yeni sədri seçilib. Parlamentdə keçirilən səsvermə zamanı Aleksandr Turçinov 288 səs topalamaqla Ukrayna parlamentinin sədri seçilib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Xatırladaq ki, öncə Ukrayna parlamentinin spikeri Vladimir Rıbak xəstəliyi ilə əlaqədar ərizə yazıb. Bu barədə Radanın vitse-spikeri Ruslan Koşulinski şənbə günü parlamentin iclasını açarkən məlumat verib.

Vitse-spiker deyib: "Parlamentin rəhbəri Vladimir Vladimiroviç Rıbak xəstəliyi və müalicəsi ilə əlaqədar ərizə yazıb. O, Ukrayna parlamentin sədri səlahiyyətlərinin ondan alınmasını xahiş edir".

Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində ən azı 80 nəfər həlak olub.

13.41

Ukrayna parlamentinin spikeri Vladimir Rıbak xəstəliyi ilə əlaqədar ərizə yazıb. Bu barədə parlamentin vitse-spikeri Ruslan Koşulinski şənbə günü parlamentin iclasını açarkən məlumat verib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Vitse-spiker deyib: "Parlamentin rəhbəri Vladimir Vladimiroviç Rıbak xəstəliyi və müalicəsi ilə əlaqədar ərizə yazıb. O, Ukrayna parlamentin sədri səlahiyyətlərinin ondan alınmasını xahiş edir".

Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində ən azı 80 nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm