"Qadın paltarlarının 90 faizi..." - İngilislər Putinin Avrasiya xəyalından yazdı
Bizi izləyin

Dünya

"Qadın paltarlarının 90 faizi..." - İngilislər Putinin Avrasiya xəyalından yazdı

“Rusiya lideri Çin, Avropa İttifaqı və ABŞ-la rəqabət apara biləcək ticarət blokunu yaratmaq istəyir. Arxada qalan dövr göstərir ki, bu ideya sadəcə qoca qorxaqların partiyasıdır”.

“Rusiya lideri Çin, Avropa İttifaqı və ABŞ-la rəqabət apara biləcək ticarət blokunu yaratmaq istəyir. Arxada qalan dövr göstərir ki, bu ideya sadəcə qoca qorxaqların partiyasıdır”.

Publika.Az –ın verdiyi məlumata görə, bu sözlər Böyük Britaniyanın “Qardian(The Guardian)” qəzetində dəsrc olunan “Vladimir Putinin Avrasiya xəyalına ön söz” yazısında yer alıb.Qəzet Rusiya prezidenti Vladimir Putin üçün həm yaxşı, həm də pis xəbərin olduğunu bildirir:

“Yaxşı xəbər ondan ibarətdir ki, Gömrük Şurasının üç üzvü arasında əmtəə dövriyyəsi üç dəfə artıb. Pis xəbər odur ki, bütün bunlar Rusiya və qonşularında büstqalterlərin qıtlığına, bəlkə də yeni soyuq müharibəyə səbəb ola bilər. Avrasiya İttifaqının yaradılması ilə bağlı Putinin xəyalı, yəni Çindən Avropa İttifaqının sərhədlərinə qədər uzanan geniş siyasi-iqtisadi ittifaq 2010-cu ildən rəsmiləşməyə başlayıb. Rusiya, Qazaxıstan və Belorusun iştirakı ilə Gömrük Şurası yaradılıb. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər 1 İyul tarixinə kimi reqlamentdə dəyişikliklər edilməsə, qadın paltarlarının 90 faizi Gömrük Şurasının anbarlarında məhv ola bilər. Amma Putin 2015-ci ildə Avropa İttifaqı formasında “güclü fövqəlmilli birləşmə” yaratmağı düşünür. Təsadüfi deyil ki, Putin “iyirminci əsrin ən böyük geosiyasi faciəsi”ni SSRİ-nin dağılmasını adlandırıb. Bununla belə Putin SSRİ-nin bərpasına cəhd etdiyini inkar redir. Amma Qərb buna əmin deyil. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da Avrasiya İttifaqını "SSRİ-nin bərpasına cəhd” adlandırdırmışdı”.

“Qardian” Putinin yalnız bir neçə postsovet respublikasını layihəsinə inandıra bildiyini qeyd edir:“Gömrük Şurasının hazırkı üzvlərinin əhalisi təxminən 165 milyon, ümumi daxili məhsulu isə 2,3 trilyon dollardır. Gələcəkdə quruma Qırğızıstan və Ermənistan da daxil olacaq. Siyasi müşahidəçilərin əksəriyyəti hesab edir ki, Kreml İrəvanın qollarını burandan sonra Ermənistan bu qərarı qəbul edib. Amma Moskva regionun digər ölkələrini inandıra bilmədi. Azərbaycan və Moldova bu quruma daxil olmağı arzulamır. Bu sözləri Özbəkistan, Türkmənistan və Tacikistan haqqında da demək olar. 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan qərarını verib. Son hadisələrdən sonra Ukrayna çətin ki, Rusiyanın arxasınca getsin”.

“Qardian”ın yazdığına görə, bir çox analitiklər Kremlin təzyiqlərindən sonra bu ölkələrdən bəzilərinin Gömrük Şurasına qoşulmağa məcbur olacağından şübhələnir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm