Ərdoğan fətullahçıları “TRT”dən necə təmizlədi? - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan fətullahçıları “TRT”dən necə təmizlədi? - VİDEO

Polis sənədlərini sızdırması ilə tanınan “haramzadeler333” tvitter hesabı Baş nazirin yeni səs yazısını yayımlayıb.

Türkiyənin Baş naziri R.T.Ərdoğanın müşaviri Mustafa Varank ilə TRT idarəçisi arasında baş verdiyi iddia edilən dialoqda Varank TRT xəbər idarəsinin müdir müavini Ərol Yüksəlin qovulmasını istəyir.

Dialoqda olduqca əsəbi görünən Mustafa “TRT” idarəçisinə Erol Yüksəlin kim olduğunu soruşur. İdarə müdirinin müavini olduğunu öyrəndiyi zaman Yüksəlin “hazırlıq kurslarının haqqı, millətin haqqıdır” kimi tvitlər atdığını deyərək, “bunlar şir ürəyi yeyibmi, bu cəsarət haradan gəlir?” kimi sözlərlə reaksiya göstərir.

Qulağını çəkərik TRT idarəçisi Yüksəlin artıq qaşınmağa başladığını deyib, “qulağını çəkərik” cavabını versə də, Mustafa Varank bunun yetərli olmayacağını, işdən qovulmağının vacib olduğunu bildirib. /“Axar.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm