Ukraynada Daxili İşlər Nazirliyi də müxalifətə verildi
Bizi izləyin

Dünya

Ukraynada Daxili İşlər Nazirliyi də müxalifətə verildi

Ali Rada fevralın 22-də keçirilən yığıncağında müxalifətçi “Batkivşina” fraksiyasının üzvü Arsen Avakovu daxili işlər vəzifəsinin icraçı təyin edib.

Unian.net-in yaydığı xəbərə görə, müzakirələrdə iştirak edən 324 deputatın 275-i qərarın lehinə səs verib. Avakov koalisyon hökumət yaradılana qədər bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Arsen Avakov ən fəal avromaydançılardandır./mmusavat

Oxumağa davam et
Reklam
Reklam

Gündəm