
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, Yuliya Timoşenkonun mətbuat katibi əvvəl iddia etdiyi xəbəri indidə təkzib edir. Natalya Lısova keçmiş baş nazirin azadlığa çıxma xəbərini təkzib edir.
Xatırladaq ki, şənbə günü Timoşenkonun rəsmi nümayəndəsi eks nazirin Xarkov təcridxanasında olan kamerasından artıq çıxdığını xəbər vermişdi.
Buna baxmayaraq Lısova öz sözlərini geri götürüb. Hazırda
Timoşenkonun dəqiq yeri məlum deyil.
Qeyd edək ki, bu gün Ukrayna Ali Radası keçmiş Baş nazir Yuliya
Timoşenkonun həbs olunduğu maddə üzrə boynunda olan cinayət
məsuliyyətindən səs çoxluğu ilə azad edilməsinə dair qərar qəbul
edib.