Dünya
Viktor Yanukoviç istefasından danışdı
Ukrayna prezidenti Viktor Yanukoviç istefa verdiyi ilə bağlı xəbərləri təkzib edib. ANS PRESS-in məlumatına görə, Ukrayna tele-kanallarının birinə açıqlama verən prezident bildirib ki, istefa verməyəcək.
Onun sözlərinə görə, ona edilən təzyiqlərə baxmayaraq, istefa
vermək fikrində deyil: "Ökənin qanuni prezidentiyəm. İstefa vermək
fikrim yoxdur, nə də ölkəni tərk etməyəcəyəm. Beynəlxalq
vasitəçilər təhlükəsizliyimə təminat veriblər”.
Daha sonra müxalifətin ünvanına sərt ifadələr işlədən Yanukoviç
onlarla danışığa getməyəcəyini bildirib.
18:16
Ukrayna prezidenti Viktor Yanukoviç vəzifəsindən istefa verməyib və
hazırda o, öz vəzifəsini yerinə yetirməklə məşğuldur. ANS PRESS-in
məlumatına görə bu barədə prezidentin məsləhətçisi Anna German
açıqlama verib.
“Prezident Xarkovda jurnalistlərlə görüşdə də bəyan etdi ki, istefa
verməyib və öhdəliklərini yerinə yetirməkdə davam edir. Ümumiyyətlə
prezidentin hakimiyyətdən getməsi üçün ona qarşı zor tətbiq etmək
əsl cinayətdir”, - deyə Anna German bildirib.
Qeyd edək ki, Ukrayna Ali Radasında “Batkivşina” deputat
fraksiyasının üzvü Nikolay Katerinçuk prezident V.Yanukoviçin
istefa verməsi ilə bağlı xəbər yaymışdı.
Onun sözlərinə görə, Yanukoviçdən şifahi olaraq istefa qərarı alıb:
“Yanukoviçin şifahi istefa qərarı var, hazırda yazılı mətni
gözləyirik”.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı