Venesuela qana boyanır: küçələr döyüş meydanıdır - FOTO
Bizi izləyin

Dünya

Venesuela qana boyanır: küçələr döyüş meydanıdır - FOTO

Venesuela qana boyanır: küçələr döyüş meydanıdır - FOTO

Venesuelada iki həftədən bəri davam edən kütləvi etiraz aksiyaları və toqquşmalarda həlak olanların sayı 9 nəfərə çatıb. Müxalifətçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 137 nəfər yaralanıb, 104 nəfər həbs olunub.


Milli.Az AFP-yə istinadən bildirir ki, bu barədə Venesuelanın baş prokuroruLuis Orteqa Dias açıqlama verib.

Daxili işlər naziri Migel Rodriges Torresin dediyinə görə, dünən 29 yaşlı gənc etiraz aksiyası keçirən şəxslərin kəsdikləri yolu keçmək istəyəndə həlak olub: "O, nümayişçilərin yola çəkdikləri trosu görməyib. 4 nəfər Karakasda, 2 nəfər Kaarboboda, bir nəfər Sukredə, bir nəfər Larada qətlə yetirilib".


Venesuelada prezident Nikolas Maduronun istefasını tələb edənlərlə yanaşı, dövlət başçısını dəstəkləyənlərin aksiyaları səngimir.

Müxalifət liderlərindən biri Leopoldo Lopes həbs olunub.


Venesuelanın hakimiyyət dairələri ABŞ-ı "ölkənin daxili işlərinə kobud müdaxilə cəhdləri"ndə suçlayıblar.

Etiraz aksiyaları San-Kristobal şəhərindəki kollecin tələbəsi olan qızın təcavüzə uğramasından sonra başlanıb. Minlərlə tələbə küçələrə çıxaraq Nikolas Maduronu ölkə vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməməkdə suçlamışdı.


Taçira ştatında yerləşən San-Kristobal şəhərindəki And Universitetinin tələbələrinin etirazı sonradan ölkə miqyasında nümayişlərə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm