
Ukraynada azadlığa çıxan sabiq Baş nazir Yuliya Timoşenko Maydan meydanına gələrək aksiyaçılar qarşısında çıxış edib. Bu barədə Ukrayna mediası məlumat yayıb.
Timoşenko çıxışında bəzilərinin ölkəni parçalamaq istədiyini ancaq onun buna qarşı çıxdığını və Ukraynadakı aksiyaların keçmiş sovet respublikalarını da əhatə edəcəyini bildirib.
Timoşenkonun çıxışı zamanı aksiyaçılar arasında gərgin anlar yaşanıb.
Daha sonra Timoşenkonun çıxışı əsnasında Maydanda olmasının təhlükəli olduğu barədə xəbərdarlıq edilib. Bundan sonra sabiq Baş nazir buradan ayrılıb.