Yanukoviç Ukraynada baş verən hadisələri dövlət çevrilişi adlandırıb
Bizi izləyin

Dünya

Yanukoviç Ukraynada baş verən hadisələri dövlət çevrilişi adlandırıb

Ukraynanın “Regionlar partiyası”nı dəstəkləyən cənub-şərq hissəsinin deputatları dünən Xarkovda qurultay keçirib. Qurultay zamanı onlar ölkənin bütövlüyünü saxlamaq məqsədilə çıxış ediblər.

Ukraynanın “Regionlar partiyası”nı dəstəkləyən cənub-şərq hissəsinin deputatları dünən Xarkovda qurultay keçirib. Qurultay zamanı onlar ölkənin bütövlüyünü saxlamaq məqsədilə çıxış ediblər.

Qurultay Ali Radanın yeni spikeri seçilməsi, növbədənkənar prezident seçkilərinin tarixini təyini və Yuliya Timoşenkonun azad edilməsi fonunda keçirilib. Öz növbəsində, dövlət başçısı Viktor Yanukoviç televiziya efirində Ukraynada baş verən hadisələri dövlət çevrilişi adlandırıb və bildirib ki, o, Ukraynanı tərk etməyi planlaşdırır.

Müxalifət tərəfdarları, bu arada Kiyevin Müstəqillik meydanında qalıblar. Onlar qruplar şəklində paytaxtda yerləşib və silahları yerə qoymağa tələsmirlər.

Ali Rada dünənki iclasda spikeri,eyni zamanda faktiki olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin Baş prokurorluq və Müdafiə Nazirliyinin rəhbərlərini də dəyişdi. Prezident Radanın qərarını qanunsuz adlandırıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müxalifətin razılaşmaya əməl olmaması iqtidarında olmaması bağlı narahatlığını bildirib.Amma, Con Kerri və Almaniya xarici işlər idarəsinin başçısı , Fransa və Polşa müxalifətçilərə təsir etmək üçün tədbirlər görəcəyini vəd etmişdi. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm