İranda daha 8 nəfər edam edildi
Bizi izləyin

Dünya

İranda daha 8 nəfər edam edildi

Məhbuslar qətl və silahlı soyğunçuluqda günahlandırılaraq dara çəkiliblər.

Məhbuslar qətl və silahlı soyğunçuluqda günahlandırılaraq dara çəkiliblər.

Belə ki, İranın Əlborz vilayətində 6 nəfər edam edilib. Qətldə ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları da açıqlanıb. Bunlar Əli Tahirnejad, Möhsün Rəhməti, Şəhriyar Müzəffəri, Meysəm Çənbəri, Məhəmməd Moqəddadi və Məhəmməd Babaəlidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

Bundan əlavə, İranın Fars vilayətində bir nəfər edam edilib. Məhbus qətldə və silahlı soyğunda iştirak etməkdə günahlandırılaraq əhalinin gözü qarşısında dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Şiraz şəhərinin Kuzehgari meydanında icra edilib. Fevralın 18-də də həmin şəhərdə iki nəfər əhalinin gözü qarşısında dara çəkilib.

Eyni zamanda İranın Qərbi Azərbaycan vilayətində bir nəfər edam edilib. Qətldə ittiham edilərək dara çəkilmiş məhbusun ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 19-də səhər saatlarında Xoy şəhərində icra edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm