Tatarlara qaytarmaq olmaz, yəhudilərə verilsin - Krım barədə gizli plan
Bizi izləyin

Dünya

Tatarlara qaytarmaq olmaz, yəhudilərə verilsin - Krım barədə gizli plan

Viktor Yanukoviç onların “faşist”adlandırdıqları müxalifətə güzəştlərə getsə, “Krımın muxtariyyətini müdafiə”edəcəklər.

Publika.Az "Azadlıq" radiosuna istinadən xəbər vermişdi ki, Krımdakı rusiyameylli qurumların çoxu açıq şəkildə bildirirlər ki, prezident Viktor Yanukoviç onların "faşist"adlandırdıqları müxalifətə güzəştrə getsə, "Krımın muxtariyyətini müdafiə"edəcəklər.

Özünü Xalq Cəbhəsi adlandıran rusiyayönümlü təşkilatın rəhbəri Valeri Podyaçi Ukraynanın öz borclarının əvəzinə Krımı uzun müddətə Moskvaya icarəyə verməsini təklif edir.Məsələn, 99 illik icarə müddəti bitəndən sonra nə olacaq? Podyaci bu suala da özünə məxsus şəkildə cavab verir:

"Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq.Hər şey bir yana, Rusiya ABŞ, Çin, Avropa İttifaqı kimi dünya oyunçusudur. Ona görə şübhəsiz ki, Rusiya mövcud olacaq.AmmaUkrayna qalacaqmı?".

Tatar Məclisinin rəhbəri Refat Çubarov isə bildirir ki, tatarlar və başqa etnik azlıqlar arasında narazılıqlara baxmayaraq, əgər regiona kənardan təxribatlar olmasa, Krımda sabitliyə ciddi təhlükə olmayacaq.

Amma artıq Rusiyanın Simferopoldakı konsulluğu yarımadanın etnik rus olan sakinlərinə Rusiya pasportları paylayır.Krımın paytaxtı Simferopolda Rusiyanın MDB ölkələri ilə iş üzrə dövlət agentliyinin ofisi fəaliyyət göstərir.

Keçən həftə Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziya məsələləri üzrə məsləhətçisi Vladislav Surkov da Krıma gizli səfərə gedib. O, bağlı qapılar arxasında Krımın baş nazirinin müavini, parlamentin spikeri və Sevastopolun qubernatoru ilə görüşüb.

Əslində tarixi boyunca Krımı müxtəlif dövlətlərin tərkibində olub. Kimmerlər bu yarımadada e. ə. VII əsrdə məskunlaşmışdı, kimmerlərdən sonra irandilli skiflər gəlir. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Onlar qədim yunanlara "tavr" tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibati işlərdə, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.

E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar burada ellin Bospor dövləti əmələ gəldi. Dövlət əvvəllər Afiananın, sonra Roma imperiyasının tabeliyində idi. Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev , Bizans, qıpçaqlar və monqollar buranı bir-birinin ardınca işğal etmişdilər. Eramızın XIII əsrində genuyalı və venesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.

1441-ci ildə Gəray nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xan Mengli Gərayın İstanbulda girov saxlanmasından sonra xanlıq Osmanlı imperiyasından asıllığa düşdü. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü.

1921-ci ildə Krım Rusiyanın tərkibində muxtariyyət qazanır. Bu muxtariyyətin Azərbaycanla bağlı üç mühüm fiquruna diqəət çəkmək lazım gəlir. Görkəmli dilçi alimimiz Bəkir Çobanzadə mənşəcə Kırım tatarı idi. O, 1937-ci ildə repressiya qurbanı oldu. İlk azəri bədii filminin- "Neft və milyonlar sələtənətində" filminin (1916-cı il, remiksi 1980-ci ildə "Qızıl uçurum adı ilə çəkilib) ssenaristi İbrahim Musabəyov uzun müddət Krımda çalışmış, elə orda da repressiya olunmuşdu . Nəhyət, Azərbaycan Cümhuriyyətinin generallarında olan Məhəmməd Şulkeviç də Litva tatarı idi ki, onlar öz mənşəlrini Krımdan alırlar. 1941-ci ildə Krım faşist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, azəri, çərkəz əhalisi rus hakimiyyəti tərəfindən Orta Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.

1954-cü il fevralın 19-da Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraqUkraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.

Sovet İttifaqının dağılışından sonra muxtariyyət bərpa olundu; vaxtilə sürgün edilən xalqlara qayıtmağa icazə verildi. Son 200 il ərzindəki kimi, bu günlər ruslar Krımda çoxluq təşkil edir. Krımın 2 milyona yaxın əhalisinin 58 faiziniruslar, 24 faizin iukraynalılar, 12 faizini isə tatarlar təşkil edir.

Xruşovun bu addımın məntiqi izahı var idi. Çünki sovet rəhbərliyi hələ 50-ci illərin əvvəlllərindən Krımın gələcək taleyi ilə bağlı qızğın gizli müzakirələr aparırdı. Muxtariyyəti ləğv olunmuş digər xalqalr kimi krımlıların da reabilitasiya olunması və tarixi vətənlərinə dönüş hüququnun tanınması da müzakirlərdə keçirdi. Amma Şimali Qafqaz xalqlarından fərqli olaraq, nə axıskalıların, nə də krımlıların bu tarixi haqqını tanımaq istəmirdilər. O zaman Krım haqda digər planlar ortaya atıldı.

Belə planlardan biri də 1952-ci ilin 16 oktybrında SovİKP plenumunda müzakirə edilmişdi.

Bu plenumun stenoqramı iştirakçılardan biri olan və o vaxtlar Kursk vilayət partiya komitəsinin I katibi olmuş L. N. Yefremovda saxlanılıb. Tarixçi alim Adıgözəl Məmmədovun tədqiqatlarına istinadən həmin stenoqramdam çıxarışları təqdim edirik.

Stalin çıxışına köhnə qvardiyanı tənqid atəşinə tutaraq başlayır:"Yoldaşlar, sual oluna bilər ki, niyə biz tam inandığımız bir neçə dövlət və partiya xadimlərini məsul vəzifələrdən azad etdik. Biz Molotovu, Kaqanoviçi, Voroşilovu(tutduqları vəzifələrdən azad olunsalarda hələ ki, Sov. İ. KP MK-nin üzvləri kimi qalırdılar-A. M. ) və digərlərini nazir vəzifələrindən azad etdik. Sual oluna bilər, niyə? Nazir işi əsl zəhmət sevən və böyük enerji tələb edən işdir. Bu işi görmək üçün əvvəlcə biliyin, peşəkarlığın və sağlam olmağın vacibdir. Ona görə də enerji və qüvvə ilə zəngin olan yeni nəslin məsul vəzifələrlə təmin olunmağında biz onlara köməklik göstərməliyik. Bununla belə, bizim bəzi partiya xadimlərimizin səhv hərəkətlərinə də göz yummaq olmaz. Mən yoldaş Molotovla Mikoyanı nəzərdə tuturam.

Molotov partiya işinə sadiq yoldaşlardan biridir. Lakin bu xüsusiyyət onun bağışlanmaz səhvlərinə haqq qazandıra bilməz. Yoldaş Molotov xarici işlər naziri olaraq, ingilis səfiri ilə görüşdə bizim ölkəmizdə burjua qəzet və jurnallarının çap olunmasına razılıq verib. Sual oluna bilər, niyə? Məgər Molotov başa düşmür ki, burjuaziya bizim sinfi düşmənimizdir. Bu qəzetlərin çapına razılıq verməklə o başa düşmür ki, sovet cəmiyyətinin dünyagörüşünü dəyişdirərək, kommunist ideologiyasının zəifləməsinə, onun əvəzinə isə burjua ideologiyasının güclənməsinə köməklik edir. Bu, Molotovun birinci siyasi səhvi idi. Yaxud, yoldaş Molotovun Krımın yəhudilərə verilməsi barədə təklifi bizə nəyin hesabına başa gələ bilərdi? Bu təklif Molotovun bağışlanılmaz, kobud səhvlərindəndir. Hansı əsasla Molotov belə bir təklif irəli sürür? Bizdə yəhudilərin muxtar respublikası mövcuddur. Məgər bu azdırmı? Yoldaş Molotov yəhudilərin Sovet Krımında muxtar respublika yaratmaq niyyətlərinə vəkillik etməməlidir. Bu, yoldaş Molotovun ikinci böyük səhvidir.

Yoldaş Molotov həyat yoldaşına o qədər hörmətlə yanaşır ki, biz Siyasi büroda hər hansı bir qərar qəbul etdikdə, ilk olaraq bu qərar haqqında məlumatı yoldaş Jemçujina alır. Belə çıxır ki, Siyasi büronu Molotovun həyat yoldaşı Jemçujina və onun dostları ilə çox gizli tellər bağlayır. Bu dostlara isə inanmaq olmaz. Aydındır ki, Siyasi büro üçün bu hərəkətlər yolverilməzdir (Nəzərə alaq ki, bu plenumda Stalinin təklifinə əsasən, Siyasi büro əvəzinə Sov. İ. KP MK-nın Rəyasət Heyyəti təşkil olunur – A. M. ).

Yoldaşlar, indi də Mikoyan haqqında bir neçə kəlmə söyləmək istərdim.

Fikir verin, yoldaş Mikoyan kəndlilərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarına görə dövlətə verəcəyi rüsumları artırmamağı təklif edir. Axı, bu Anastas Mikoyan kimdir? Burda aydın olmayan nə var?Ona görə də Mikoyanın mövqeyi ilə biz razılaşa bilmərik".

Mikoyan cəld, tələm-tələsik tribunaya çıxaraq Stalinin toxunduğu məsələyə aydınlıq gətirir. Stalin Mikoyanın sözünü kəsərək: "Fikir verin, yeni Frumkin peyda olub (represiya olunmuş Buxarinin iqtisadi məktəbinin nümayəndəsi – A. M. ), belə prinsipial məsələdə Mikoyan özü də azıb, bizi də azdırmaq istəyir".

Sözsüz ki, Stalinin bu formada Molotov və Mikoyana etiraz etməsi, artıq bu şəxslərin siyasi karyeralarının sonundan xəbər verirdi. Stalin dövründə isə siyasi karyeranın sonu fiziki cəhətdən məhv olmaq demək idi. Belə ki, artıq 1953-cü ilin yanvarından təhlükəsizlik orqanları Molotov və Mikoyana qarşı ardıcıl fəaliyyətə başladılar.

O vaxtlar SSRİ dövlət təhlükəsizlik naziri Semyon Denisoviç İqnatyev idi, ancaq faktiki rəhbər isə Siyasi Bürodakı bölgüdə bu orqana kuratorluq edən Beriya idi. İqnatyevdən əvvəl bu vəzifədə çalışmış Abakumovun həbsindən sonra güc strukturlarının rəhbərləri Beriyadan daha çox qorxmağa başladılar. İqnatyev partnomenklatura işçisi olduğundan xüsusi xidmət orqanlarında qeyri-peşəkar idi. Ona görə də o, ciddi əməliyyat planlarını yalnız Beriya ilə razılaşdırdıqdan sonra həyata keçirirdi.

1953-cü ilin yanvarın sonunda Molotovun həbs olunmuş arvadı P. S. Jemçujina Moskvaya gətirilir və "Həkimlərin işi" ilə onun əlaqəsini araşdırmaq üçün istintaq başlayır. Məqsəd isə ondan ərinin sionist qrupları ilə əlaqədə olması barədə ifadə almaq idi. Bununla da Moltovun həbsi üçün zəmin hazırlanırdı (səs-küylü "həkimlər işi"nə gəldikdə isə bu barədə əvvəlki səhifələrdə geniş bəhs etmişəm-A. M. ). Ancaq biz bu həkimlərin milli mənsubiyyətinə nəzər yetirsək, əksəriyyətinin yəhudilərdən ibarət olduğunu görə bilərik. 1953-cü ilin fevralında Molotovun müavini və SSRİ-nin Britaniyadakı keçmiş səfiri İ. M. Mayskini həbs edirlər. Həmçinin SSRİ-nin Londondakı diplomatik korpusunun 3 əməkdaşı da həbs olunur. Bütün bu həbslər Molotovla Mikoyana qarşı yönəldilə biləcək ittihamların əsasını formalaşdıra biləcəkdi. "

C. Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm