İraqın şimalında yaraqlılar hərbi bazaya hücum ediblər, ölən və yaralanan var
Bizi izləyin

Dünya

İraqın şimalında yaraqlılar hərbi bazaya hücum ediblər, ölən və yaralanan var

"İraq İslam dövləti və Levant" radikal ekstremist qruplaşması yaraqlılarının Ayn Cahaş yaşayış məntəqəsi yaxınlığındakı (Bağdaddan 290 kilometr şimalda)

"İraq İslam dövləti və Levant" radikal ekstremist qruplaşması yaraqlılarının Ayn Cahaş yaşayış məntəqəsi yaxınlığındakı (Bağdaddan 290 kilometr şimalda) hərbi bazaya bu gecə hücumu nəticəsində on hərbçi həlak olub, beş nəfər isə yaralanıb. Barədə əs-Sumariya İraq telekanalı məlumat verir.

Telekanalın məlumatlarına görə, hərbçilər terrorçuların hücumunu dəf ediblər.

Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıblar. Salah-əd-din vilayətində hücuma aidiyyətı olan şəxslərin axtarışı və saxlanılması üzrə əməliyyat tədbirləri keçirilir.

Ötən şənbə günü oxşar şərait zamanı yaraqlılar Tikrit şəhərində polis məntəqəsini (Bağdaddan 170 kilometr şimalda) ələ keçirməyə cəhd ediblər. O zaman ekstremistlərin hücumu nəticəsində "Əs-Səhva" könüllü dəstənin iki döyüşçüsü və üç polis nəfəri yaralanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm