Partiyası Yanukoviçi cinayətkar adlandırdı
Bizi izləyin

Dünya

Partiyası Yanukoviçi cinayətkar adlandırdı

“Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi...”

“Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi...”

Ukrayna parlamentində Regionlar Partiyasını təmsil edən deputat fraksiyası Maydan hadisələri zamanı baş vermiş insan itkilərinə görə məsuliyyəti Viktor Yanukoviç və onun ətrafının üzərinə qoyub. Bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir.

“Ukrayna aldadıldı və qarət edildi. Ancaq bütün bunlar hər iki qarşıdurma tərəfindən öz yaxınlarını itirmiş onlarla ukraynalı ailənin üzləşdiyi üzüntü ilə müqayisədə heç nədir. Ukraynanı satdılar, insanları isə alın-alına toqquşdurdular. Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi. Biz, Ali Radada Regionlar Partiyasının fraksiyası və partiyadaşlarımız insan qurbanlarına, büdcənin boşalmasına, nəhəng borclara, Ukrayna xalqı və dünyanın gözü qarşısında rüsvayçılığa gətirən cinayətkar əmrləri qəti şəkildə pisləyirik, nəyin nəticəsində ki, ölkəmiz uçurumun qırağına, parçalanma təhlükəsi və öz suverenliyini itirmək həddinə gəlib çıxıb”, - deyə bəyanatda bildirilir. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm