Yanukoviçin həbsi xəbəri yayıldı: Onu Kiyevə gətirirlər - YENİLƏNİR
Bizi izləyin

Dünya

Yanukoviçin həbsi xəbəri yayıldı: Onu Kiyevə gətirirlər - YENİLƏNİR

Təsdiqlənməmiş məlumata görə, Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Krımda saxlanılıb və hazırda Kiyevə gətirilir. Musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərdə bildirilir ki, bu barədə müxalifətçi deputat Vladimir Kurennoy bildirib.

“Həbs edilib? İnfo 80 faiz doğrudur!!! Yoxlayırıq", - UDAR fraksiyasının deputatı Kurennoy öz «facebook» səhifəsində belə yazıb. O, həmçinin, saxlanma hadisəsinin Krımda baş verdiyini qeyd edib və əlavə edib ki, informasiya mənbəyi kifayət qədər mötəbərdir, lakin yenə də “təsdiqlənməsinə” ehtiyac var.

Xatırladaq ki, az öncə Ukrayna Təhlükəsizlik Xidmətinin, DİN və Baş Prokurorluğun ölkənin keçmiş rəhbərliyini həbs eləmək istədiyi barədə xəbər yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm