Hökumət CNN kanalının fəaliyyətini yasaqladı
Bizi izləyin

Dünya

Hökumət CNN kanalının fəaliyyətini yasaqladı

Venesuellanın paytaxtı Karakasda hökumət əleyhində aksiyaların çoxaldığı vaxtda prezident Maduro CNN kanalının bu ölkədəki 4 əməkdaşının akreditasiyasını ləğv edib. Bu barədə CNN açıqlama verib.

Venesuellanın paytaxtı Karakasda hökumət əleyhində aksiyaların çoxaldığı vaxtda prezident Maduro CNN kanalının bu ölkədəki 4 əməkdaşının akreditasiyasını ləğv edib. Bu barədə CNN açıqlama verib.

Xəbərdə bildirilib ki, Venesuella İnformasiya Nazirliyi CNN-in 4 əməkdaşının bu ölkədəki fəaliyyətinə xitam verib. Buna səbəb kimi dünyanın ən məşhur mətbu orqanlarından olan CNN-in ictimaiyyətə təhrikedici xəbərlər verməsi göstərilir.

Xatırladaq ki, CNN ötən il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun “Kazlıçeşmə” meydanında milyonlarla insanın iştirakı ilə keçirdiyi mitinqi hökumət əleyhində aksiya kimi göstərmiş və daha sonra buna görə üzr istəməyə məcbur olmuşdu. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm