Dünya
Ukraynada bu dəfə Timoşenko əleyhinə etiraz aksiyaları başlayıb - VİDEO
Ukaryananın paytaxtı Kiyevdə həbsdən buraxılan siyasi lider Yuliya Timoşenko əleyhində etiraz aksiyası keçirilib. Ali Radanın qarşısında toplanan bir qrup etirazçı artıq siyasətdə yeni simalar görmək istədiklərini deyərək keçmiş baş nazirin siyasi arenadan uzaq olmasını tələb ediblər.
“Biz hökumətdə köhnə siyasətçiləri görmək istəmirik. Daha nə
qədər üsyan edəcəyik? 2004-cü ili unutmamışıq. Bir vaxtlar onlar da
hökumətdə idi, artıq bəsdir”.
Növbəti etirazçı quldurun başqa bir quldurla əvəz olunmasını
istəmədiklərini deyib:
“Ukrayna yeni bir rəis yox, yeni bir gələcək istəyir. Biz bir qrup
quldurun başqaları ilə yer dəyişməsini görmək istəmirik. Müxalifət
özünü yenidən gözdən keçirməlidir. Kimə səs veririk, kimi seçirik,
bu şəxslər bizi təmsil edirmi? – bunu bilmək istəyirik”.
Timoşenkonun da bir vaxtlar hakmiyyətdə olduğunu deyən bir etirazçı
isə hakimiyytdə üsyançılardan birinin olmasını istədiklərini
deyib:
“Yeni simalar görmək istəyirik. Onlar üsyana dəstək verənlərin
arasından olmalıdır. Aksiyaçılar siyasətçilərin uğrunda yox, öz
azadlıqları uğurunda canlarını fəda ediblər. Yuliya da bir vaxtlar
hökumətin başında idi. Amma heç nəyi dəyişdirmədi”.
Qeyd edək ki, Yanukoviçin vəzifəsindən uzaqlaşdırılmasından sonra
prezidentin səlahiyyətlərini müvəqətiu olaraq Ali Radanın sədri
Aleksandr Turçinov icra edir. /Anspress/
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK