“Lukaşenko əmin etdi ki, onlar Belarusa qaçmayıb“
Bizi izləyin

Dünya

“Lukaşenko əmin etdi ki, onlar Belarusa qaçmayıb“

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynanın sabiq daxili işlər naziri Vitali Zaxarçenko və ukraynalı iş adamı Sergey Kurçenko Belarusun ərazisində deyil.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə "Udar" partiyasının lideri Vitali Kliçko bildirib.

"Mən bu gün prezident Lukaşenkoya zəng etdim ki, Zaxarçenko ilə Kurçenkonu Ukraynaya qaytarsınlar. KİV-də adı çəkilən şəxslərin bu ölkəyə qaçdıqları bildirilir. Lukaşenko əmin etdi ki, Zaxarçenko və Kurçenko Belarus ərazisində olmayıblar və indi də orada deyillər", - Kliçko deyib.

Kliçko qeyd edib ki, dövləti cinayətə yol verənlər bu gün isti izlərlə tapılmalı, ölkə və insanlara qarşı etdiklərinə görə cavab veerməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm