Yanukoviçin şəxsi bank hesabları necə olacaq? - Qərar
Bizi izləyin

Dünya

Yanukoviçin şəxsi bank hesabları necə olacaq? - Qərar

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və vəzifəsindən uzaqlaşdırılan digər dövlət məmurlarının Avropa banklarındakı pulu Ukraynaya qaytarılacaq.

Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

“Yanukoviç və başqa məmurların oğurladığı, Avropaya banklarında yerləşdirdiyi vəsait qaytarılacaq”, - Brok söyləyib. Avropa Parlamentinin rəsmisi həmçinin Yanukoviçin Avropaya qaçacağı halda, Ukraynaya təhvil veriləcəyini deyib:“Viktor Yanukoviçin həbs orderi verilib. Mən inanmıram ki, Avropa ölkələri onu saxladıqdan sonra Ukraynaya verməsinlər”.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi bu gün V.Yanukoviçin həbs qərarını verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm