Yanukoviçin həmyerliləri onu devirənləri “tanıdı”
Bizi izləyin

Dünya

Yanukoviçin həmyerliləri onu devirənləri “tanıdı”

Sabiq prezident Viktor Yanukoviç 1950-ci ildə Donetsk vilayətində anadan olub. Vilayət Yanukoviç tərəfdarlarının çox olması ilə tanınır.

Donetsk vilayəti Dövlət Administrasiyasının sədri Andrey Şişatski Ali Radanın (parlamentin) Ukraynada yeganə qanuni orqan olduğunu bildirib. Publika.Az –ın “RBK-Ukrayna” xəbər saytına istinadən verdiyi məlumata görə, A.Şişatski bu gün jurnalistlərlə keçirdiyi ənənəvi görüşündə yalnız parlamentdə qəbul olunan qərarların qanuni olduğunu deyib.

“Xoşbəxtlikdən heç olmasa, bu gün Ukraynada bir qanuni orqan qaldı. Bu, parlamentdir. Bu gün yeganə çıxış yolu küçələrdən getməkdir. Parlamentdə lazımi qanunlar qəbul ediləcək”, - o vurğulayıb.

A.Şişatski bildirib ki, Donetsk vilayəti Dövlət Administrasiyası və digər yerli hakimiyyət orqanları Konstitusiya və və Ukrayna qanunlarına uyğun işləməkdə davam edəcək.

Xatırladaq ki, fevralın 20-sində A. Şişatski Kiyev və başqa şəhərlərdə baş verənləri “bizi demokratiyadan orta əsrlərlərə tullayırlar”, - söyləmişdi.

Qeyd edək ki, sabiq prezident Viktor Yanukoviç 1950-ci ildə Donetsk vilayətində anadan olub. Vilayət Yanukoviç tərəfdarlarının çox olması ilə tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm