Yəhudi soyqırımının ən yaşlı şahidi öldü - FOTOLAR
Bizi izləyin

Dünya

Yəhudi soyqırımının ən yaşlı şahidi öldü - FOTOLAR

Yəhudi soyqırımının ən qoca şahidi Alisa Herts-Zommer 110 yaşında vəfat edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Britaniyadakı xəstəxanalardan birində gözlərini əbədi olaraq dünyaya yumub. Bu barədə Alisanın ailə üzvləri məlumat yayıblar.



1903-cü ildə Praqanın yəhudi ailəsində dünyaya göz açmış Alisa professional pianist olub. 1943-cü ildə o, körpə oğlu ilə Terezienştadt konslagerinə göndərilib. Onun əri və anası da həmin konslagerdə dünyasını dəyişib.



Konslagerdə ona musiqi ilə məşğul olmaq və konsert verməyə icazə vermişdilər. Sonradan verdiyi müsahibədə Alisa deyirdi ki, musiqİ və övladına sevgisi ona həyatda qalmağa imkan verirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm