• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Pakistanda İran konsulluğunu hədəfə alan terror aktı baş verib

  • Dünya
  • 24 Fevral 2014 18:49
  • 350 Baxış
Pakistanda İran konsulluğunu hədəfə alan terror aktı baş verib

Pişəvərdə İran konsulluğuna qarşı terror aktı törədilib.

İnterAz-ın İrna agentliyinə istinadən verdiyi xəbərə görə bu barədə Konsulluq diplomatlarından biri məlumat verib.

Bildirilib ki, terror hücumu bu gün Pişəvərdə günortadan sonra bir kamikadze tərəfindən törədilib. Kamikadzenin özünü partlatması nəticəsində 3 nəfərin öldüyü, daha 12 nəfərin yaralandığı bildirilir.

Terror aktını heç bir qruplaşma üzərinə götürməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR