Ukraynanın pullarını havaya sovuran Yanukoviçin məşuqələri - FOTOLAR
Bizi izləyin

Dünya

Ukraynanın pullarını havaya sovuran Yanukoviçin məşuqələri - FOTOLAR

Ukrayna prezidenti Viktor Yanukoviç hakimyyətdən kənarlaşdırılandan sonra onun indiyədək sirli qalan bir çox addımları haqda məlumatlar da ortaya çıxmağa başlayıb.

Ukrayna prezidenti Viktor Yanukoviç hakimyyətdən kənarlaşdırılandan sonra onun indiyədək sirli qalan bir çox addımları haqda məlumatlar da ortaya çıxmağa başlayıb. Ukrayna kütləvi informasiya vasitələrində keçmiş dövlət başçısının hətta arvadına xəyanət etdiyi haqda ilginc bir məlumat yayılıb.

Jurnalist Sergey Leşenko özünün Facebook səhifəsində yazıb ki, Viktor Yanukoviçin vətəndaş nikahında olduğu arvadı var: “Hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb. Budur, qarşınızdakı Ukraynanın keçmiş liderinin vətəndaş nikahında olduğu həyat yoldaşı Lyubov Polejaydır. O, aşbaz Nadejda Marintsevoyanın doğma bacısıdır”. Onun yazdığına görə, Yanukoviçlə Polejay uzun illərdir bir yerdədirlər. “Qafqazinfo” Yanukoviçin həyatının qaranlıq tərəfləri barədə yazını "Modern.az"a istinadla təqdim edir:

Yanukoviçin sarışın jurnalist sevgilisi

Yanukoviçin prezidentliyi müddətində ayrı-ayrı xanımlarla sevgi romanı yaşadığı heç də yeni xəbər deyil.

Ukrayna və Belarus prezidentləri Viktor Yanukoviçlə Aleksandr Lukaşenkonun şəxsi həyatları gün keçdikcə iki damcı su kimi bir-birinə bənzəməyə başlayır. Fərq yalnız ondadır ki, birincinin idarəçiliyi uzun illərdir davam edir, ikinci isə hakimiyyətdə Konstitusiyada təsbit olunduğu kimi heç beş ildə qalmaya bilər. Bu iki lider təkcə öz xalqlarına, demokratik dəyərlərə yanaşmaları ilə deyil, həm də sevgili məsələsində bir-birinə bənzəyirlər. Minskdəki qardaşından nümunə götürən Yanukoviç qanuni arvadını paytaxtdan və insanlardan uzaqda saxlayır, onun yanına avtomatçılar qoyub, özü isə vaxtını Dnepropetrovskdan olan 22 yaşlı sarışın gözəl Alyona Berezovskaya ilə xoş keçirir. Onu Ukraynanın qeyri-rəsmi yeni birinci ledisi kimi bəyənənlər olsa da, həddindən artıq sarışın olmasına irad tutanlar da tapılır. Alyonanı hətta Ukrayna jurnalistikasının “ulduzu” kimi təqdim edənlər də az deyil. Bəli, Ukraynada bir çoxlarının iddia etdiyinə görə, Alyona Berezovskaya prezident Yanukoviçin sevgilisidir.

Alyona və qırmızı şərab

Müasir “Jurnalistika ulduzu”, onu icmalçı kimi təqdim edənlər də var, Kiyevdə çoxdan yaşamır, paytaxta Dnepropetrovskdan gəlib, orada universitet qurtarıb. Amma faktiki olaraq dərhal Mixail Brodskinin Vvnews saytına icmalçı kimi işə götürülüb. Alyona bütün günü tvitterdə utanmadan öz məşğulluğu haqda yazır: “Bu gün meydanda dolaşırdım. İstirahətdən gözəl şey ola bilməz. Özü də iş vaxtı...”, yaxud “Çox gözəl axşamdır. Opera adamı başdan çıxarır. İndi restoranda şam yeməyi yeyirəm, qırmızı şərab içirəm. Bir qədər siyasəti unutmaq olar!!!”

Alyonuşka həmişə siyasətdən yazırdı. Daha dəqiqi, bir siyasətçidən – prezident Viktor Yanukoviçdən, onun fəaliyyətini işıqlandırırdı, sədaqətli, ğəyərli, ləyaqətli insan kimi tərifəlayiq olduğunu hamıya təlqin etməyə çalışırdı. Alyonanın cəmisi 22 yaşı var. Sanki adam sovet məktəbinin yuxarı sinfində siyasi informasiya təbliğatı aparır.

Alyona Berezovskaya ona görə ən çox müzakirə olunan personaya çevrilib ki, məhz o, Yanukoviçi arvadı yox, bir müddət prezidentin yanında onu xarici və ölkədaxikli səfərlərdə müşayiət edib. Yaşlı prezidentlə bu cavan qızın yaxın münasibətləri haqda şayiələri Alyona yüksək səslə təkzib etməyə çalışsa da, əks effekt verir. Viktor Yanukoviç özü isə situasiyanı şərh etməyib.

Mən segilisi yox, Yanukoviçin dostuyam

“Obozrevatel” (“İcmalçı”) internet saytının əməkdaşı Alyona Berezovskaya müsahibələrindən birində Viktor Yanukoviçlə münasibətindən danışıb. O, müsahibəsində deyib ki, jurnalist dövlət başçısını özünün “dostu” adlandırır: “Siz bilirsiniz, o ağıllı adamdır. Suallara doğru cavab verir, hər şeyi düz danışır... Çox yaxşıdır, çox mehribandır, çox həssas və xeyirxahdır”.

KİV-də onun Yanukoviçlə sevgi münasibətlərinin olduğu haqda yayılan məlumatları da cidd-cəhdlə təkzib edir və iddiaların hamısını gurultulu fantaziya adlandırır”.

Onun fikrincə, Ukrayna jurnalistlərinin çoxu sifarişlə yazırlar, məsələn, “Ukrainskoy pravda”nın müəllifi və Tbi telekanalının aparıcısı Mustafa Nayem. “Mənə elə gəlir ki, sifariş yerinə yetirənlərin hamısı çox yaxşı və istedadlı jurnalistlərdir. Amma onlar güclü şəkildə Yulkanın (Yuliya Timoşenkonu nəzərdə tutur) təsiri altına düşüblər”, - Berezovskaya deyir.

O, özünün professionallığını belə izah edir: “Başa düşün, mən reportyor deyiləm. Elə adam deyiləm ki, harasa gedim və hansısa hadisəni çəkim. Mənim qəlbimi ağrıdan nəsə varsa, o haqda yazıram”.

Viktor Yanukoviçi Ukraynada və xarici səfərlərdə həmişə müşayiət edən Berezovskaya guya bunu “öz pulu” hesabına gerçəkləşdirirdi. Müsahibəsində isə valideynləri haqda danışmaqdan imtina edib.

Ancaq Berezovskaya jurnalistlərin öz əmək haqları hesabına yaxşı dolanmalarının da mümkün olmadığını etiraf edir: “İndi mən də deyə bilmərəm ki, jurnalistikadan qazandığım pul hesabına öz həyatımı qururam”.

Kifayət qədər yaxşı yaşaması üçün necə qazandığını açıqlamaq əvəzinə, Yanukoviçin dostu sonuncu dəfə dəyərli alış-verişindən danışır: “Mən avtomobil salonuna getmişdim, “Mercedes” gördüm, xoşuma gəldi, pulunu ödəyib aldım”.

Ukrayna prezidenti öz həyat yoldaşı Lyudmila Yanukoviçlə artıq çoxdan birgə yaşamır (biri Donetskdə, biri Mejiqoryedə-bu prezidentin Kiyevdəki rezidensiyası idi, amma son hadisələr nəticəsində paytaxtdan uzaqlaşan Yanukoviçin bir də bu rezidensiyaya qayıdacağı güman olunmur) ancaq dövlət başçısının yaşı və həyat tərzi elə deyil ki, onun fizioloji problemləri səbəbindən cinsi münasibət məsələsində də problem yaşadığından danışmaq olar.

Məhz Yanukoviçin həyat yoldaşı ilə ayrılıqda yaşaması fonunda Alyona Berezovskaya qeyri-rəsmi birinci ledi kimi gündəmə gəlib. Təsadüfi deyik ki, Ukraynanın kütləvi informasiya vasitələri də dəfələrlə onu “Ukraynanın qeyri-formal birinci ledisi” və Yanukoviçin sevgilisi adlandırmaqdan belə çəkinməyiblər.

Yeri gəlmişkən, sevgili statusu haqda da ilk dəfə Alyona özü danışıb. O, prezidentlə münasibətləri barədə suala cavabında belə cavab verib: “Mən onun arvadı ilə kilsəyə birlikdə gedirik... Biz kilsədə Lyudmila Nikolayevna ilə yanaşı dayanırıq, bundan başqa nə sualınız var?” Hətta Polşanın “Rzeczpospolita” nəşri “Sarışın gözəl Yanukoviçin imicinə çox zərər verəcəmi?” sərlövhəli böyük material çap edib. Bundan sonra Qərb mətbuatında daha tez-tez Berezovskayanın kim olması məsələsi qaldırılıb. Alyonanın ikinci soyadı Boykodur. İddialara görə, çoxunun gözü qarşısında nikahdan kənar qızına “energetika naziri” Yuri Boyko bu soyadı verib. Ola bilər ki, məhz bundan sonra 22 yaşlı Berezovskaya həm prezidentə, həm də pula daha yaxın olub. Yanukoviçin şəxsi həyatı nə qədər sirli olsa belə, jurnalistlər gənc sarışın Alyonanın onun qeyri-rəsmi məşuqəsi olub-olmaması ilə bağlı sirləri daima araşdırıblar. Hətta belə iddialar da irəli sürülüb ki, Berezovskaya prezidentlə yalnız dost olduğunu iddia etməklə diqqəti əsas məsələdən yayındırmağa cəhd edib.

Jurnalistlər isə hər şeydən öncə belə bir suala cavab axtarıblar: “Lyudmila Yanukoviç Kiyevdə yaşamırsa, Viktor Fyodorovç qadınsız necə keçinə bilər?” Bu zaman hətta ortaya iki ehtimal da atılıb. Berezovskayanın da prezidentlə yalnız dostluq münasibətinin olduğuna inanalar ortaya belə bir məsələ atıblar: “Həyat yoldaşı, hətta sevgilisi olmayan yaşamağa üstünlük verən Yanukoviç görünür ki, imponentdir. Digərləri isə iddia ediblər ki, dövlət başçısı mavidir. Onların fikrincə, prezidentsənsə, hətta sevgilin varsa, bu faktı elə-belə gizlədə bilməzsən. Çünki ətrafında dostların kimi düşmənlərin də var. Bütün bu qeyri-müəyyənliyin davam etdiyi vaxt ən uğurlu “Strelki” Berezovskayanı nişan verərək suallara cavab veriblər: “Bəli, prezidentin sevgilisi var”.

Jurnalist Alyona Berezovskaya 2010-cu ildə verdiyi ikinci müsahibəsində “özünün dostu” adlandırdığı prezident Viktor Yanukoviçlə aralarında sevgi romamının yaşandığı ilə bağlı iddiaları siyasi texnoloqların oyunu hesab edib.

“Necə pul qazanıram, necə yaşayıram, heç kəsə dəxli yoxdur”

Yanukoviçin özünə münasibətinə gəldikdə, Alyona Berezovskaya bunları deyib: “Bu insanın arxasında 46 milyon adam dayanır. Ona inanmaq lazımdır, ilk növbədə ona kömək etmək lazımdır”. Alyona müsahibəsində gəlirlərinin mənbəyi haqda danışmaqdan isə imtina edib, şikarnı “Mercedes”i almaq üçün pulu necə qazandığını da deməyib:“Pulu necə qazanıram, yaxud hansı pullar hesabına istirahət edirəm, yaşayıram, bunun heç kəsə dəxli yoxdur”.

Yelena necə deputat olub?

Yelena Lukaşın karyerasının sürətlə yüksəlməsi cəmiyyət üçün həmişə tapmaca olaraq qalıb. Moldova əsilli qız Donetskin şimalında böyüyüb və 2000-ci ildə özəl Turizm Akademiyasını bitirib. Həmin ildən 2005-ci ilə qədər ikinci dərəcəli müxtəlif firmalarda hüquqşünas kimi çalışıb, 2006-cı ildə isə birdən Ukrayna Nazirlər Kabinetində birinci nazir müavini olub. 2004-2005-ci ilərdə Ukrayna prezidenti seçkilərinin etibarsız sayılan nəticələrinin tanınması işi üzrə Viktor Yanukoviçin Ali Məhkəmədə maraqlarını müdafiə edib. Ədliyyə Nazirliyinin müxtəlif səviyyəli rəhbərləri qeyri-rəsmi olaraq qeyd edirlər ki, məhz həmin illərdə müəmmalı cütlük arasında “dostluq” münasibətləri yaranıb. Fikir verin, 2006-cı ildən dərhal sonra 29 yaşlı Yelena Lukaş Regionlar Partiyasının siyahısında 26 nömrə ilə Ukraynanın xalq deputatı olur, halbuki hər yer uğrunda güclü oliqarxlar arsında ciddi mübarizə gedirdi. 2007-ci ildə həmin sxem üzrə xanım Lukaş 7-ci çağırışda Regionlar Partiyasının siyahısında 27-ci olaraq yenə xalq deputatı seçilir. Halbuki Regionlar Partiyasının tanınmışları və elitası sayılan məsələn, Kivalov siyahıda 28-ci, Piskun 31-ci, Tabaçnik 34-cü, Levoçkin 46-cı, Qerman 48-ci, Boyko 49-cu, Klyuev 62-ci, Lavrinoviç 67-ci, Yanukoviç V.V. 90-cı, Mxitaryan 95-ci, Xmelnitski 100-cü, İvanşenko 111-ci, Çeçetov 135-ci, Pşonka 149-cu idilər. Ancaq Donetskin şimalından olan bu qız heç bir xüsusi xidməti, təcrübəsi olmasa da 27-ci olur.

Maraqlıdır, Viktor Fyodoroviç 2010-cu ildə prezident olan kimi 33 yaşlı Yelena Ukrayna Prezident Administrasiyası rəhbərinin birinci müavini olur. Görürsünüzmü, yenə arzularından çox yuxarı pilləyə çıxarılıb? 2012-ci ildə Lukaş Nazirlər Kabinetində nazir, 2013-cü ildə isə ədliyyə naziri işləyir. Yeri gəlmişkən, bacısı Tatyana Lukaş 2007-ci ildə, 28 yaşında Mərkəzi Seçki Komissiyasının katibi olub. Baxın, necə qabiliyyətli ailədir? Bu ailədə yalnız istedadlar yetişir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm