Misirin müvəqqəti prezidenti hökümətin istefasını rəsmən qəbul edib
Bizi izləyin

Dünya

Misirin müvəqqəti prezidenti hökümətin istefasını rəsmən qəbul edib

Misirin müvəqqəti prezidenti hökümətin istefasını rəsmən qəbul edib

Misirdə Hazim Bəblavi kabinetinin istefa verməsi ölkə partiyaları tərəfindən müsbət qarşılanıb.

İnterAz–ın əl-Cəzirə-yə istinadla verdiyi xəbərə görə, Misirin müvəqqəti prezidenti Ədli Mansur baş nazir Hazim Bəblavi və kabinetinin istefa verməsini rəsmən qəbul edib.

Müvəqqəti prezident istefa vermiş hökümətin Mənzil və Şəhərsalma naziri İbrahim Məhlibə yeni nazirlər kabinetinin təşkilini tapşırıb. Ekspertlərin fikrincə, Mursini devirən hərbiçi Əbdül-Fəttah Sisi sabir hökümətdəki kimi yenə də ölkənin daxili və müdafiə nazirliyini öhdəsinə götürəcək.

Müvəqqəti höküməti dəstəkləyən partiyalar son prosesi dəstəkləyirlər. Amma islamçı partiyalar və siyasi qüvvələr bütün proseslərin Əbdül-Fəttah Sisinin baş nazir olması üçün həyata keçirildiyini iddia edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm