Homoseksuallara ömürlük həbsxana?
Bizi izləyin

Dünya

Homoseksuallara ömürlük həbsxana?

Homoseksuallara ömürlük həbsxana?

Onlar həyatlarının yerdə qalan hissəsini qapalı təcridxanada keçirə bilər.

Uqanda prezidenti Yoveri Kaquta Museveni deyəsən ölkəsindəki homoseksualların əlindən təngə gəlib. O, bəzi seksual azlıqlara ömürlük cəza verilməsinə tərəfdardır.

Geylər və lesbianların əməllərindən narahatçılıq keçirən cəmiyyət artıq çoxdandır ki, həyəcan təbili çalırdı. İndiyədək bu kateqoriyadan olan şəxslərə ifrat seksual hərəkətlərinə görə 14 ilədək həbs cəzası verilirdi.

Yeni qanunvericilik aktı 2013-cü ilin dekabr ayında hazırlanıb. Lakin Museveni bir neçə dəfə bu qanun layihəsini imzalamaqdan imtina edib. Prezident bəyan edib ki, o, homoseksuallığın təbii xəstəlik, yaxud irsi olması barədə mütəxəssislərin rəyini öyrənmək fikrindədir.

Uqandada homoseksuallara ömürlük türmə cəzası verilməsi haqqında yeni qanun Qərb ölkələrinin bir çoxunda kəskin etiraza səbəb olub. Məsələn, ABŞ Uqandanı hədələyib ki, əgər sənəd qəbul olunsa, iki dövlət arasında münasibətlər kəskin şəkildə korlana bilər. Bununla belə, Afrikanın bu ölkəsində yeni qanun əhali tərəfindən rəğbətlə qarşılanıb.

“Reuters” bildirir ki, əvvəlcə hətta homoseksuallara ölüm cəzası vermək nəzərdə tutulubmuş, lakin sonra bu bənd ömürlük həbslə əvəz olunub.

Xatırladaq ki, Uqanda Afrikada homoseksualizmin cinayət hesab olunduğu 38-ci ölkədir. Sudan və Mavritaniyada həmcinslərin əlaqəsi və lesbianlığa görə ölüm hökmü mövcuddur.

Bakupost.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm