Obama ilə Ərdoğan nədən danışıb? - Təfərrüat -YENİLƏNDİ
Bizi izləyin

Dünya

Obama ilə Ərdoğan nədən danışıb? - Təfərrüat -YENİLƏNDİ

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Fətullah Güləni [hazırda ABŞ-da yaşayan din xadimi] dəstəkləməkdə günahlandırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Al JazeeraTurk" telekanalı xəbər yayıb.

Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə telefon danışığı zamanı bəyan edib.

Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.

Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.

Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".

11.25

Türkiyə baş nazir Rəcəb Təyyib Ərdoğan bir qrup millət vəkili ilə görüşündə ABŞ prezidenti Barak Obama ilə telefon danışığının detalları barədə danışıb.Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, telefon söhbətində Türkiyədə böyük qalmaqala səbəb olan yeni internet qanunu da müzakirə edilib.

Ərdoğan qanunun necə meydana gəldiyini ABŞ prezidentinə izah etdiyini söyləyib. Baş nazir qeyd edib ki, B.Obama onu ABŞ-ın daxili işlərinə qarışmaqda ittiham edib:“Barak Obama “daxili işlərimizə qarışırsınız” dəyəndə “Biz sizin daxili işlərinizə qarışmırıq. Bizim daxili işlərimizə qarışan bir şəxsi orada qonaq saxlayırsınız” cavabını verdim. Obama da “Mesajı aldım” dedi”.

Türkiyə baş naziri “paralel quruluş”un İsrail və Suriya ilə birlikdə hərəkət etdiyini qeyd edib. “Paralel quruluş” yalan və böhtanlar üzərindən çox təhlükəli bir siyasət aparır. Təhdid və şantaj kasetləri ilə yalnız siyasəti deyil, həm də Türkiyə demokratiyasını, cəmiyyəti əsir almaq istəyirlər. Bu təhlükəli təşkilatı mütləq təmizləmək lazımdır”, - Ərdoğan söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm