Rusiyalı milyarderin arvadını Kiprdə həbs elədilər
Bizi izləyin

Dünya

Rusiyalı milyarderin arvadını Kiprdə həbs elədilər

Rusiyanın ən varlı adamlarından biri olan Dmitri Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena Kiprdə saxlanılıb. Milli.Az Forbes-a istinadən bildirir ki, artıq keçmiş xanımının həbsi ilə bağlı milyarder məlumatlandırılıb.



Rıbolovlevin rəsmi nümayəndəsi Sergey Çernıkin deyib ki, xəbəri təəssüflə qarşılayıblar, lakin xərclərin idarə olunması bütün dünyada vacibdir.



"Təəssüf ki, onunla xanımı arasında xərclər məsələsi bu həddə çatdı".



Rəsmi nümayəndənin sözlərinə görə, onların boşanmasından sonra heç bir münaqişə olmasın deyə Yelenaya 1milyard dollar təklif olunur. İlk əvvəl o razılaşmışdı, sonradan isə daha çox vəsait almaq üçün müqaviləni pozub.



Kipr polisi isə Yelenanı 25 milyon dollar dəyərində üzüyü oğurlamaqda günahkar bilir. Həmin üzüyü 2009-cu ildə qızı üçün kirayə götürmüşdü, lakin geri qaytarmamışdı. Bu barədə polisə şikayəti "Bolton Trustees Limited" etmişdi.



Qeyd edək ki, Yelena və Dmitri Rıbolovlevlər 1987-ci ildə ailə qurmuşdular. Onlar 2008-ci ildə boşanma ilə bağlı Cenevrə məhkəməsinə müraciət etmişdilər. Yelenada dəri zöhrəvi xəstəlik aşkarlandığı üçün Dmitri onu xəyanətdə ittiham edirdi.



Yelena dünyanın müxtəlif ölkələrindəki məhkəmələrə müraciət edərək ərinin həmin ölkə ərazisindəki mülklərinin dondurulmasını tələb etmişdi. Sinqapur, Kipr və Britaniyanın Virgin adalarının məhkəmələri əmlakın dondurulması ilə bağlı qərar versələr də, sonradan həmin qərarları ləğv etmişdilər.



Qeyd edək ki, Forbes-un məlumatına görə, Rıbolovlevin varidatı 9,1 milyard dollar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm