Timoşenkonun yaxın adamı danışdı: “Ən böyük qorxu Rusiya işğalıdır”
Bizi izləyin

Dünya

Timoşenkonun yaxın adamı danışdı: “Ən böyük qorxu Rusiya işğalıdır”

kraynanın İstanbuldakı keçmiş baş konsulu Boqdan Yaremenko ölkəsindəki hadisələrlə bağlı danışıb.

Avropa İttifaqının tərəfdarı olan müxaliflərə qarşı Ukrayna polisinin göstərdiyi münasibəti “Facebook”dakı səhifəsindən tənqid etdiyi üçün vəzifəsindən azad olunan Ukraynanın İstanbuldakı keçmiş baş konsulu Boqdan Yaremenko ölkəsindəki hadisələrlə bağlı danışıb.

Publika.Az –ın verdiyi xəbərə görə, keçmiş baş konsul Türkiyənin “Hürriyet” qəzetinə açıqlamasında Rusiya işğalının ən böyük qorxu olduğunu bildirib.

B.Yaremenko ölkəsinə qayıtdıqdan sonra müxalifətlə bir yerdə Maydandadır. O, burada həm könüllü şəkildə beynəlxalq siyasət dərsləri verir, həm də siyasi prosesləri diqqətlə izləyir.

“Rusiyanın Ukraynaya hərbi müdaxilə potensialı var. Ən böyük qorxu da bununla bağlıdır. Heç bir bölgənin ölkədən ayrılmaq üçün səs verəcəyini düşünmürəm. Luqansk və Xarkov kimi şəhərlərdə yaşayan ruslara qarşı təxribat xarakterli hücumlar ola bilər. Rusiya da eynilə Gürcüstanda etdiyi kimi “rusları qoruyacağam” deyərək Ukraynaya girə bilər. Moskva Ukraynada vəziyyətin sabitləşməməsi üçün əllərindən gələni etməyə hazırdır. Bu onların təbiətindədir”, - B.Yaremenko narahatlığını dilə gətirib.

Krım tatarlarının da Ukraynanın bir parçası olduğunu deyən keçmiş baş konsul onların heç birinin ölkədən ayrılmaq istəmədiyini bildirib: “Onlar özlərini bu ölkənin bir parçası hesab edirlər. Ancaq Ukrayna hökuməti onlara bu ölkənin bir parçası olduqlarını hiss etdirəcək addımlar atmadı. Yeni rəhbərlik bu siyasəti dəyişməlidir”.

B.Yaremenko Türkiyədəki işindən əvvəl həm keçmiş prezident Viktor Yanukoviç, həm də keçmiş baş nazir Yuliya Timoşenkonun protokol müdiri və məsləhətçisi olub. O, həbsdən yeni çıxan Timoşenkonun ağıllı və qərarlı bir lider olduğunu deyib:

“Yanukoviç qrupundakılara kölələr kimi baxır. Onları əsla dinləməz, özbaşına hərəkət edər. Ancaq Timoşenko qrupunu dinləyərdi. Sonda öz bildiyini etsə də, ətrafındakıları mütləq dinləyərdi”.

B.Yaramenko prezient seçkilərində namizəd olacağı halda Timoşenkonun ən azından birinci turu uğurla keçəcəyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm