Suriyada “Nüsrə Cəbhəsi” DAİŞ-ə xəbərdarlıq edib
Bizi izləyin

Dünya

Suriyada “Nüsrə Cəbhəsi” DAİŞ-ə xəbərdarlıq edib

Suriyada “Nüsrə Cəbhəsi” DAİŞ-ə xəbərdarlıq edib

Suriyada radikal qruplaşmaların qarşıdurması gündən-günə şiddətlənir. "Nüsrə Cəbhəsi"nin lideri Əbu-Məhəmməd əl-Culani “İraq və Şamda İslam Dövləti”ni (DAİŞ) hücumlarını dayandırmağa çağırıb, əks təqdirdə onlara qarşı mübarizənin şiddətlənəcəyini bəyan edib.

İnterAz xəbər verir ki, bu barədə "Nüsrə Cəbhəsi"nin “Twitter” səhifəsində bildirilib.

Yeri gəlmişkən, Suriya müxalifətinin tərkibindəki islamçı qruplaşmalardan olan “İslam Cəbhəsi”, “Mücahidlər Ordusu” və “Nüsrə Cəbhəsi” vahid əməliyyat qərargahı yaratmaq barədə razılığa gəliblər.

Bildirək ki, Suriyada DAİŞ-lə birlikdə əsas iki radikal qruplaşma hesab edilən "Nüsrə Cəbhəsi" "əl-Qaidə"ni təmsil edir.

Xatırladaq ki, DAİŞ-lə digər qruplaşmaların qarşıdurması ötən ilin avqust ayından başlayıb. Bu qarşıdurmalar müxalifətin müxtəlif cəbhələrdə geriləməsinə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm