Yanukoviç beynəlxalq məhkəməyə veriləcək
Bizi izləyin

Dünya

Yanukoviç beynəlxalq məhkəməyə veriləcək

Ukrayna parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinə qoşulması barədə qərar qəbul edib. Bu isə keçmiş prezident Viktor Yanukoviçin sözügedən məhkəməyə verilməsi üçün hüquqi zəmin yaradır.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, qərarın lehinə 324 deputat səs verib.

Beynəlxalq Cinayət Məhkəməsi İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin 17 İyul 1998-ci ildə keçirilmiş diplomatik konfransında təsis edilib. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyəti olan daimi bir orqan kimi yaradılıb.

Qeyd olunur ki, parlament etiraz aksiyaları zamanı vətəndaşlara qarşı cinayətlərdə təqsirləndirilən keçmiş prezidentin məsuliyyətinə cəlb edilməsini xahiş edəcək. Ukrayna parlamenti həmçinin 2013-cü ilin 30 Noyabr tarixindən 22 Fevral 2014-cü il tarixinə kimi keçirilən etiraz aksiyalarında bütün vəzifəli şəxslərin törətdiyi cinayətlərin araşdırılmasını Beynəlxalq Cinayət Məhkəməsindən istəyəcək.

Bundan əvvəl isə parlamentin vitse-spikeri Ruslan Koşulinski Ukrayna Baş Prokurorluğunun V.Yanukoviç barəsində cinayət işinin qaldırılması üçün materiallar topladığını bildirib.

Qeyd edək ki, parlament fevralın 22-də V.Yanukoviçi vəzifəsindən azad edib. V.Yanukoviç parlament qərarını tanımadığını bildirib. Amma onun harada olduğu məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm