Ukraynada prezident postuna 2 namizəd məlumdur
Bizi izləyin

Dünya

Ukraynada prezident postuna 2 namizəd məlumdur

Viktor Yanukoviçin devrilməsində əsas memarlardan olan UDAR Partiyasının rəhbəri Vitali Kliçko özünü yeni hökumətdə görmədiyini və prezident seçkilərində iştirak etmək istədiyini söyləyib.

Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın mətbuat xidməti bildirib.“Mən prezidentin postuna namizəd olacağam. Əminəm ki, ölkədə hakimiyyətin iş prinsiplərini dəyişdirmək lazımdır və biz ədalətə nail olmalıyıq”, - o deyib.

Prezident seçkilərdə digər bir namizəd “Azadlıq” Partiyasının rəhbəri Oleq Tyaqnibok ola bilər. O bildirib ki, namizədliyinin partiya tərəfindən irəli sürüləcəyini güman edir. “Yaxın vaxtlarda partiya qurultayının keçirilməsi ilə bağlı İcraiyyə Komitəsinin qərarı olacaq. Çox ehtimal ki, sözügedən məsələ barədə müsbət qərar qəbul ediləcək”, - O.Tyabnikov bildirib.

O, həmçinin qəti qərarın birgə siyasi razılaşmaların nəzərə alınması ilə qəbul ediləcəyini əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm