
Pakistan yenidən qana boyanıb.
AzNews.az-ın Türkiyə istinadən verdiyi xəbərə görə, Pakistanın
döyüş təyyarələri Vəziristan bölgəsində hava əməliyyatı yerinə
yetirib.
Əməliyyat zamanı azı 27 adamın öldüyü bildirilir. Əməliyyatın
keçirildiyi ərazidə Taliban əsgərlərinin partlayıcı maddələr
hazırlamaq üçün məşqlər keçdiyi qeyd olunub.
Taliban və Pakistan arasındakı sülh müzakirələrinin iflasa
uğramasının ardından adı çəkilən Vəziristan bölgəsində ordunun
aktivliyi artıb.
Qeyd edək ki, sülh müzakirələrinin davam etdiyi həftələrdə Taliban
tərəfindən qanlı hücumların reallaşması və 2010-cu ildə qaçırılan
23 Pakistan əsgərinin edam edilməsinin ardından vəziyyət daha da
gərginləşmişdi.
Baş qərargah rəisi Rahil Şərif ilə görüşən baş nazir Navaz Şərif
hücumlara sərt bir şəkildə cavab veriləcəyini bildirmişdi.