Biseksual, yoxsa qadın düşkünü? – Kliçkonun bilinməyən cəhətləri (FOTOLAR)
Bizi izləyin

Dünya

Biseksual, yoxsa qadın düşkünü? – Kliçkonun bilinməyən cəhətləri (FOTOLAR)

Publika.Az Vitali Kliçkonun həyatı ilə bağlı əsas məqamları təqdim edir.

Ukraynanın “UDAR ” partiyasının lideri, Yuri Timoşenko həbsdən çıxana qədər ölkədə baş verən siyasi olayların önündə olan Vitali Kliçkonun kimliyi hər kəsi düşündürür . Bir idmançının siyasət dünyasında bu qədər yüksəlişinin görünən və görünməyən, pərdəarxası tərəfləri var. Burada “sehirli əllərin” rolu istinasızdır. Kliçkonun ulduzunun parlamasının ən basilica səbəblərindən biri isə onun yəhudi qarışığı olmasıdır.

“Hamburqda müqavilə imzalayıb, parlamentdə rinqə çıxdı, indi prezident olmağa hazırlaşır” (http://publika.az/p/7920 ) yazısında onun daha çox idmançı karyerası ilə bağlı məqamlara toxunmuşduq. Bu yazıda isə siyasi karyerası haqda məlumat verəcəyik.

Publika.Az Vitali Kliçkonun həyatı ilə bağlı əsas məqamları təqdim edir.

Qırğızıstanda anadan olub

Vitali Kliçko 1971-ci ildə Qırğısıztanın Çuy vilayətinin Belovodsk kəndində anadan olub. 1984-cü ildə ailəsi Ukraynaya köçüb. Həmin vaxrdan Vitali ciddi şəkildə idmanla məşğul olmağa başlayıb. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətlə paralel ali təhsil alıb. Qriqoriya Skovorodı adına Pedaqoji Universiteti bitirdikdən sonra hərbi xidməti davam etdirib. 1996-cı ildə ehtiyatda olan zabit kimi hərbidən uzaqlaşdırılıb.

Kliçko yəhudidir

Kliçkonun ailəsi ilə bağlı diqqəti çəkən məqam ata tərəfdən nənəsi –Tamara Yefimovanın yəhudi olmasıdır.Tamara 1912-1913-cü illərdə Etizon adlı yəhudi ailəsində anadan olub. Məktəbə qədər təhsil müəssisəsində müəllimə işləyən Tamara bu zaman Rodion Kliçkonu görür. Münasibətlərin nəticəsində Kliçko ilə evlənir. Cütlüyün xoş günləri müharibənin başlaması ilə bitir. Tamara və ailəsi yəhudi olduğundan müharibədə başlarına çoxlu olaylar gəlir. Məcburiyyət qarşısında qalan Rodiona Kliçko və Tamara Qırğısıztana köçürlər. Ömürlərinin sonuna qədər Ukraynaya qayıda bilmirlər.

Vitali Kliçko idmançı kimi

Vitali Kliçko karyerasına təcrübəli kikbokser kimi başlayıb. 1995-ci ildə Berlində ağır çəkidə dünya həvəskar boks çempionluğunda gümüş medal qazanır. 1999-cu ildə "World Boxing Organization"un boks üzrə dünya çempionu titulunu alıb. Amma növbəti ildə titulunu Kris Berduya uduzur. 2004-cü ildə isə Kori Sondersanı məğlub edərək “World Boxing Organization”un dünya çempionu elan edilir. Bu titulu almaqla 2005-ci ildə idman karyerasına son qoyduğunu açıqlayır. 2007-ci ildə yenidən rinqə qayıtdığını bəyan edir. Kliçko kikboks üzrə altıqat dünya çempionu, Ukrayna üzrə üçqat boks çempionu olur.

2003-cü ildə Kliçko qardaşları ilə birlikdə “Kliçko qardaşları fondu” xeyriyyə fondunu yaradırlar. Vitali həmçinin “K2 Promotions" şirkətini təsis edir. Həmin şirkət beynəlxalq dərəcəli boks turnirləri keçirir. 2006-cı ildə V.Kliçko Kiyev şəhər şurasına deputat seçilir. Həmin ilin oktyabrında Ukraynanın prezidenti Viktor Yuşşenkonun məsləhətçisi təyin olunur. Məşhur idmançı iki dəfə (2006-2008-ci illərdə) Kievin meri olmağa cəhd etsə də seçkilərdə uduzur. 2008-ci ildə Kiev şəhər şurasına erkən seçkilərdə Vitali Kliçkonun bloku təmsilçiliyini artırır.2010-cu ildə siyasi partiyaya – “UDAR”a rəhbərlik etməyə başlayir. 2012-ci ilin noyabrindan eləcə də parlamentdə ”UDAR” ın fraksiyasının lideri olur. 2013-cü ilin 24 noyabrında V.Kliçko 2015-ci ildə keçiriləcək prezident seçkilərində özünü sınamaq qərarına gəldiyini açıqlayır.

Siyasətçinin sevgi macəraları

V.Kliçko keçmiş model Natalya Yeqorova ilə evlidir. Oğlu İqor 2000-ci il, Maksim 2005-ci il, qızı Yelizaveta Viktoriya 2002-ci il təvəllüdlüdür. Ailəli olmasına baxmayaraq gününün çox hissəsini gənc qızların arasında keçirir. Onun hətta məşuqələrindən birindən – Zoya Vışinskovadan nikahdan kənar uşağı belə var. Zoya ilə münasibətləri uzun illər çəksə də, 2012-ci ildə qızın ona hamilə olduğunu bildirməsi ilə hər şeyə son qoyulub.

Siyasətçinin daha bir məşuqəsi müğənni Anna Baston olub. 4 il sürən münasibətlər ərəfəsində məşuqlar əsasən Ukraynadan kənarda – Nyu Yorkda görüşməyə üstünlük verirdilər.

Kliçkonun növbəti xüsusiyyəti çox qənaətcil olmasıdır. Loru dillə desək simic. Xüsusilə işçilərinə qarşı xəsislik etdiyi deyilsə də məşuqələrinə münasibətdə səxavətlidir. Bundan əlavə o eqoistdir. Həmişə birinci olmaq istəyir.

Kliçko ailəsində biseksual

Vitalinin kiçik qardaşı idmançı Vladimir Kliçko da qardaşı kimi sevgililəri ilə məşhurdur. Lakin o, təkcə qadınlara deyil, kişilərə də meyil edir. Konkret, Vladimirin biseksual olduğu irəli sürülür. Ukrayna bloqqerlərindən birinin yazdığına görə, Kliçko uzun müddət Almaniyada ”boyfrendi” ilə yaşayıb. Bunu Vladimirin ətrafı da bilib. Lakin idmançı qadınlara, xüsusilə elə da yaşı az olan gözəlçələrə üstünlük verdiyini deyir. Yeri gəlmişkən, o, son iki ildə amerikalı aktirsa Xayden Panetteri ilə görüşürdü. Cütlük ayıldıqdan sonda Kliçkonun şəxsi həyatı ilə bağlı heç nə məlum deyil. Bu arada aktrisa ilə onun romanı Mayamidə yeni il tətili zamanı başlamışdı. 13 yaş , eləcə də 45 sm boy fərqinə baxmayaraq onların romanı evliliyə doğru gedirdi, birgə ictimaiyyət qarşısına çıxır, hətta aktrisa Ukraynaya gələrək Kliçkolar gildə qalırdı. Amma bir gün onlar “Feysbuk” səhfələrində ayrıldıqlarını elan edirlər.

Pulu necə qazanır

Kliçko idmançı, siyasətçi olmaqla bərabər həm də iş adamıdır. Biznesi isə Ukraynada yox, məhz Almaniyadadır. Ümumiyyətlə, özünün dediyinə görə, ölkəsində 1 qəpik də qazanmır. Almaniya və ABŞ-da isə illik gəliri 4,7 milyon dollar təşkil edir. Ukraynada Kliçkonun adına villaı, torpaq sahəsi də yoxdur. Sadəcə 225 kvadrat metr evə və bankda 10 milyon dollara sahibdir.

Kliçkonun gəlir sahəsindən digəri reklamdır. 2008-ci ildə o Avropanın fitnes-klubu olan McFit-nin sifəti elan edilir. Bunun üçün ona 1 milyon dollar ödənilib. Kliçko həmçinin vitaminlər preparatları (Eunova), telekomunikasiya sistemi (Telekom), avtomobil (Mercedes), piyvə (Warsteiner) reklamlarına çəkilib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm