Ukraynada yeni baş nazir və bəzi nazirlərin adları açıqlandı
Bizi izləyin

Dünya

Ukraynada yeni baş nazir və bəzi nazirlərin adları açıqlandı

Ukraynada yenidən formalaşdırılacaq Nazirlər Kabinetinin rəhbəri və nazir vəzifələrinə namizədliyi ehtimal olunan 8 nəfərin adı açıqlanıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, koalisiya hökumətində təmsil olunan həmin şəxslərlə bağlı parlamentdən məlumat verilib.

Əvvəldən məlumat verildiyi ki, Boris Tarasyukun xarici işlər naziri olacağı artıq həll edilib. Bundan əlavə, “Batkivşina” deputat fraksiyasının lideri Arseniy Yatsenyukun baş nazir olacağı bildirilir.

Sənaye siyasəti naziri vəzifəsinə Oksana Prodanın, gənclər və idman naziri Artur Palataçnıyın, gəlirlər və vergilər naziri Aleksandr Kujelin, iqtisadi inkişaf və ticarət naziri Olesya Orobetsin, təbii ehtiyatlar nazirinin İrina Sexin, müdafiə naziri Andrey Parubiyin namizədliklərinin irəli sürüləcəyi bildirilir. Arsen Avakovun isə daxili işlər naziri vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm