Donuz qripindən 626 nəfər öldü
Bizi izləyin

Dünya

Donuz qripindən 626 nəfər öldü

Bu ilin əvvəlindən Meksikada müxtəlif qrip növlərindən, o cümlədən donuz qripindən ölənlərin sayı 626 nəfərə çatıb.

Bu ilin əvvəlindən Meksikada müxtəlif qrip növlərindən, o cümlədən donuz qripindən ölənlərin sayı 626 nəfərə çatıb.

Bu barədə bu Latın Amerika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb. A/H1N1 donuz qripi ştammına yoluxmadan 571 nəfər dünyasını dəyişib.

Meksika Səhiyyə Nazirliyi xəstəliklə mübarizə məqsədi ilə ölkənin federal dairəsində üç hospitalda qripin yayılmasına mane olan pulsuz dərmanların paylanması barədə qərar qəbul edib.

Donuz qripi adlandırılmış virus ştammının ilk tüğyanı 2009-cu ilin aprel ayında Meksikada qeydə alınıb. Xəstəlik ilk dəfə yalnız donuzlarda aşkar edilib, sonra insanlara da keçib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm