Ukrayna dərsləri: Ermənistan Gömrük Şurasından imtina edir
Bizi izləyin

Dünya

Ukrayna dərsləri: Ermənistan Gömrük Şurasından imtina edir

Ermənistanın baş naziri Tiqran Sarkisyan Soçi Olimpiya Oyunlarının açılışında Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevlə görüşündə ölkəsinin Gömrük Şurasına üzvlüyü ilə bağlı “Yol xəritəsi” üzərində fəal işlədiyini bildirmişdi. Ancaq ekseprtlər Ukrayna hadisələrindən sonra bu prosesin ləng xarakter alacağı fikrindədirlər.

Publika.Az –ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, erməni politoloq Sergey Minasyan Ukraynada hadisələrdən sonra Rusiyanın Ermənistanın Gömrük Şurasına üzvlük prosesini sürətləndirməyə çalışacağını güman etmir.

Qırğızıstan indiyə kimi Gömrük Şurasına üzvlüyü ilə bağlı “Yol xəritəsi”ni imzalamayıb. “Lragir” Ukrayna hadisələrindən sonra rəsmi Bişkekin artıq buna məcbur olmadığını, bununla da Ermənistanın Moskva qarşısında tək qaldığını bildirir.

“Ukrayna yəqin ki, çox tezliklə Avropa İttifaqı ilə assosiasiya haqqında müqaviləni imzalayacaq. İrəvan tək qalacaq və Putin Ermənistanı kiçik, amma əhəmiyyətli qənimət kimi təqdim etməyə çalışacaq. Ermənistanın Gömrük Şurasına sürətli hərəkəti intihar cəhdi kimi görünür. Gömrük Şurası ölkələrində iqtisadi enmənin davam etməsi və Avropa İttifaqının Rusiya qarşısında “Üçüncü enerji paketi” kimi bir əngəli qoyması onu göstərir ki, hazırda Gömrük Şurasına getmək yalnız mənasız deyil, həm də təhlükəlidir.

Robert Köçəryan müsahibəsində şübhə etməyib ki, Gömrük Şurasına üzv olacağı halda Ermənistanda gömrük rüsumları və qiymətlər yüksələcək. Köçəryan Gömrük Şurasına üzvlüyə tələsməməyə və Rusiyanın ardınca uçuruma tullanmamağa çağırır”, - qəzet qeyd edir.

“Lragir” hesab edir ki, erməni ictimaiyyətinin narahatlığına baxmayaraq, Rusiya Ermənstanı da özü ilə uçuruma aparmaq niyyətindədir. Amma qəzet bildirir ki, Ermənistanda Gömrük Şurasına qarşı çıxanlar olsa da onlar müqavimət göstərməyin lazım olduğunu düşünmürlər:

“Mümkündür ki, onlar Ukrayna hadisələrindən dərs aldılar. Gördülər ki, sarsılmaz hesab edilən sistem iki gün ərzində dağıldı. Əgər birdən Gömrük Şurası olmayacaqsa və Ermənistan Qərbə doğru hərəkət edərsə, onlar autsayderlər arasında olmaq istəmirlər. Görünür, müəyyən güclər öz mövqeyini səsləndirməyə qərar veriblər. Bu isə onun əlamətidir ki, Ermənistanda Gömrük Şurasına müqavimət yetişəcək”.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti R.Köçəryan ölkənin Gömrük Şurasına üzvlüyü ilə bağlı “Lragir” qəzetinin sualını cavablandırıb. Rusiya prezidenti, həmçinin Kremlin yüksək rütbəli rəsmiləri ilə yaxşı münasibətləri olduğu deyilən sabiq prezident Ermənistanın Gömrük Şurasına üzvlüyünə qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm