Rəsmi Bağdad İrandan silah almasını təkzib edib
Bizi izləyin

Dünya

Rəsmi Bağdad İrandan silah almasını təkzib edib

Rəsmi Bağdad İrandan silah almasını təkzib edib

Rəsmi Bağdadın İrandan silah alması ilə bağlı xəbərlərin yayılması ABŞ-ın qınaq mənbəyinə çevrilmişdi.

İnterAz–ın əl-Cəzirə-yə istinadla verdiyi xəbərə görə, İraqın müdafiə nazirliyi İrandan silahların alınması ilə bağlı xəbərləri və iddiaları təkzib edib. Müdafiə nazirliyi bildirib ki, İran hərbi sənayesinə mənsub bir şirkət İraqa silahların satılması ilə bağlı tenderdə iştirak edib, amma qalib gəlməyib.

Bildirək ki, İraqın İrandan silah alması ilə bağlı xəbəri ilk dəfə “Reuters” agentliyi yayıb. Mənbənin məlumatında tərəflər arasında silah alqı-satqısı ilə bağlı səkkiz rəsmi sənədin imzalandığı bildirilib. İki ölkə arasında bağlanan müqaviləyə əsasən, İran 195 milyon dollar məbləğində yüngül, orta silah, minaatan, tank-top sursatları və sair silah növlərini İraqa satacaq.

Bu iddialar Rəsmi Vaşinqtonun qınağına səbəb olub.

Ekspertlərin fikrincə, İraqın bu addımı ABŞ-ı qıcıqlandırmaq məqsədi daşıyır və rəsmi Bağdad ABŞ-ın vəd etdiyi Apaçi hərbi helikopterləri və “F16” qırıcılarını tez bir zamanda təhvil almaq niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm