Norveçdə Xocalı faciəsinin qurbanları anılıb
Bizi izləyin

Dünya

Norveçdə Xocalı faciəsinin qurbanları anılıb

Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bır sıra tədbirlər təşkil edib.

Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bır sıra tədbirlər təşkil edib.

Qurumdan Publika.Az-a verilən məlumata görə,Oslo şəhərinin Saqene meriyasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş seminar keçirilib, Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış fotoların nümayiş olunduğu sərgi təşkil olunub və Qarabağ müharibəsinin dəhşətlərini özündə əks etdirən "Dolu" filmi təqdim edilib.

Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan seminarda Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli bəşəri cinayət olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatının qarşıya qoyduğu əsas vəzifələrdən biri erməni vəhşiliklərini Norveç ictimaiyyətinə, beynəlxalq aləmə çatdırmaqdır: “Bu dünya ictimayyətini bu cinayət haqda məlumatlandırmaqla yanaşı, ona hüquqi qiymətin verilməsini də tələb etməliyik. Xüsusilə xaricdə yaşayan azərbaycanlılar olaraq yaşadıqımız ölkələrdə böyüyən gənc azərbaycanlı nəslə erməni vəhşilikləri və ədavəti haqqında geniş məlumat verməli, eyni zamanda onların ölkəmizin daim güclənməsinə və inkişaf etməsinə yardım etməli olduqlarını anlatmalıyıq."

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm