• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Gözəlçə"lərin köməyi ilə dövlət çevrilişi - Detallar

  • Dünya
  • 26 Fevral 2014 12:13
  • 2 066 Baxış
"Gözəlçə"lərin köməyi ilə dövlət çevrilişi -  Detallar

Türkiyə tarixinin telequlaq rüsvayçılığında yeni detallar üzə çıxıb.Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, əlində 300 minə qədər gizli səs qeydi saxlayan “paralel quruluş” onlardan məhkəmələrdə dəlili olaraq istifadə etməyi düşünürmüş.

“Paralel quruluş”un “Selam” təşkilatının adı ilə 20 minə yaxın adamı dinlədiyi bildirilir. Onların içərisində cəmiyyətin müxtəlif təbəqələrin təmsilçiləri, o cümlədən nazirlər, millət vəkilləri, jurnalistlər və iş adamlarının olduğu deyilir.

Dinləmələr nəticəsində ümumilikdə 100 min səhifəlik sənədlər toplusu yaradılıb. “Sabah”a görə, bu sənədlər həyata keçiriləcək çevrilişdən sonra “paralel quruluş”un quracağı məhkəmədə mühakimə olunacaq insanlara qarşı dəlil olaraq istifadə olunmalı idi.

Qəzetin yazdığına görə, insanların bəziləri Gəzi Parkı istintaqı, bəziləri də 17 Dekabr əməliyyatları çərçivəsində dinlənilib. Araşdrimalar nəticəsinə Humanitar Yardım Vəqfi (İHH), “İslamoğlu” camaatı və xüsusilə İsrail əleyhdarı digər islami qrupların dinlənildiyi məlum olub. Daxili işlər naziri Efkan Ala, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, AKP sədrinin köməkçisi Numan Kurtulmuş, prezident sözçüsü Ahmed Ertürk, MİT rəhbəri Hakan Fidan kimi adlar da dinlənilərlər arasındadır.

“Paralel quruluş” siyasətçi, iş adamı və jurnalistlərlə yanaşı, masaj salonları və yüngül əxlaqlı qadınları da dinləyib. Məqsəd isə masaj salonları və həmin qadınlara zəng edənləri şantaj etmək olub.

Dinləmə siyahısında olanların bəziləri “X” adı ilə verilib. Bəzilərinin adı verilsə də, soyadları naməlum olaraq qalır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR