• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nazir Azərbaycan şəhərinə görə meri vurdu

  • Dünya
  • 26 Fevral 2014 12:30
  • 966 Baxış
Nazir Azərbaycan şəhərinə görə meri vurdu

Rusiya prezidenti Vladimir Putinin Dərbəndin 2000 illiyinin qeyd olunması barədə fərmanı, deyəsən, Dağıstanda birmənalı qarşılanmayıb.

Dərbəndəki mənbənin “Axar.az”a dediyinə görə, dərbəndlilər şəhərin 5000 yaşının qeyd olunmasına hazırlaşdıqları bir vaxt bu fərman təəssüf doğurub. Ən pisi odur ki, Dərbəndin ləzgi millətindən olan meri İmam Yarəliyev də bu qədim türk şəhərinin hətta 2000 illiyini belə keçirmək üçün heç bir iş görmür:

“Şəhər bərbad gündədir. Azərbaycanlılar yaşayan məhəllələr isə ötən il baş vermiş seldən sonra ümumiyyətlə xaraba qalıb. Demək olar ki, heç bir iş görülməyib”.

Xəbərdə deyilir ki, Putin 2000 illiyi qeyd etmək üçün şəxsən özü Dərbəndə gələcək. Çünki Rusiya ərazisində Dərbənddən qədim yaşayış məskəni yoxdur. Putin bununla dünyaya rus torpaqlarında hələ 20-25 əsr bundan əvvəl də sivilizasiyanın olduğunu nümayiş etdirmək istəyir. Elə ona görə də bir qədər əvvəl Putin Regionların İnkişafı üzrə nazir İqor Slyunyayevi Dərbəndə ezam edib. Məlum olub ki, Dərbənddə yubiley tədbirlərini keçirmək mümkün olmayacaq. “Amma Slyunayev çox qəzəblənib. Hətta meri elə iclas zalındaca vurub. Slyunayevə məruzə ediblər ki, Dərbəndin torpaq sahələri üzrə kadastr sənədi də hazır deyil. Bu proses ancaq 2017-ci ildə başa çatacaq. Bu barədə nazirə məruzə edəndən sonra o, Yarəliyevi söyüb. Yarəliyev ona cavab qaytarıb. Bu dəfə nazir onu vurub. İclasda olanların məlumatına görə, nazir elə iclas zalındanca Kremllə, Putinin hansısa köməkçisi ilə danışıb. O, xəbərdarlıq edib ki, mart ayının sonunda yenidən Dərbəndə qayıdacaq. Bu dəfə daha böyük heyətlə. Bu müddətəcən Yarəliyev yubileylə bağlı fəaliyyət proqramını hazırlamalıdır. Əks halda, o, təkcə işdən çıxarılmayacaq. Yubileyi keçirmək üçün ilkin olaraq şəhər büdcəsinə köçürülən 1 milyard rublun (təxminən 30 milyon dollar) da hesabını verəcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR