Tyaqnibok tatarları ruslara inanmamağa çağırdı
Bizi izləyin

Dünya

Tyaqnibok tatarları ruslara inanmamağa çağırdı

Tyaqnibok tatarları ruslara inanmamağa çağırdı

Ukraynanın “Azadlıq” hərəkatının lideri Oleq Tyaqnibok krımlılara müracət edərək, ölkə daxilində vətəndaşlar arasında nifaq salan təbliğatlara inanmamağa çağırıb.

“Axar.az”ın məlumatına görə, onun bu açıqlaması region televiziyasında efirə gedib. O, qeyd edib ki, hazırda onlara qarşı informasiya müharibəsi gedir: ”Kiyevdə baş verən hadisələr barədə kifayət qədər yanlış məlumatlar verilir. Banderaların gəlib guya Krımı dağıdacaqları barədə xəbərlərə inanmayın. Bu, başdan-ayağa yanlış məlumatlardı. Öz doğma dilinizdə danışmanıza qadağanın qoyulacağı barədə xəbərlərə də inanmayın. Ukraynada heç kim kimisə milli mənsubiyyətinə görə təqib etməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm